Digər xəbərlər


Mastercard beynəlxalq “Lighthouse” proqramını Azərbaycana gətirir: yerli startaplar üçün qlobal şəbəkələrə mühüm çıxış
13.06.2025

Mastercard bu proqramı Azərbaycanda ilk dəfə olaraq yerli fintex və texnoloji startaplara qlobal şəbəkələrə çıxış, ekspert mentorluğu və strateji inkişaf dəstəyi təklif etmək üçün işə salır.

“Mastercard” özünün beynəlxalq səviyyədə tanınmış “Lighthouse” startap akselerasiya proqramını Azərbaycanda başlamağa qərar verib. Yüksək potensiallı fintex və texnoloji startapları dəstəkləmək üçün nəzərdə tutulan proqram yerli innovatorları Mastercard-ın beynəlxalq şəbəkəsi ilə birləşdirir, biznesin genişlənməsinə kömək etmək üçün mentorluq, strateji dəstək və əlçatanlıq təklif edir.


Qlobal platforma Azərbaycana gəlir

İlk dəfə 2018-ci ildə Skandinaviya və Baltikyanı ölkələrdə istifadəyə verilmiş Mastercard “Lighthouse” proqramı startaplar üçün öz ideyalarını qlobal səviyyədə hazır həllərə çevirmək baxımından mühüm platformaya çevrilib. Sənaye təcrübəsini güclü tərəfdaş şəbəkəsi ilə birləşdirərək proqram iştirakçılara məhsullarını təkmilləşdirmək, korporativ tərəfdaşlarla əlaqə qurmaq və investorların marağını cəlb etmək üçün strukturlaşdırılmış həll təklif edir.

Azərbaycanda işə salınması proqramın ən son beynəlxalq genişlənməsidir və yerli sahibkarlara Mastercard-ın regional və beynəlxalq ekosistemindən istifadə etmək üçün yeni imkanlar açır. Türkiyədəki müsbət nəticələrdən sonra “Mastercard Lighthouse Azerbaijan” proqramı bu il istifadəyə veriləcək.

Mastercard Şərqi Avropa bölməsinin prezidenti Yasemin Bədir qeyd edib:

"‘Lighthouse’ proqramını yüksələn innovasiya potensialı və dinamik sahibkarlıq mənzərəsi olan Azərbaycanda təqdim etməkdən məmnunuq. Türkiyə versiyasının uğuru bizə Mastercard-ın qlobal şəbəkəsini AYİB-in [Avropa Yenidənqurm və İnkişaf Bankı]  yerli inkişaf təcrübəsi ilə birləşdirərək nə qədər dəyər qata biləcəyimizi göstərdi. Bu proqram vasitəsilə biz azərbaycanlı startaplar üçün beynəlxalq miqyasda etibarlılıq, inam və mühüm təcrübələri əlçatan etməyi hədəfləyirik."

Yeni nəsil Azərbaycan innovatorlarına dəstək

“Mastercard Lighthouse Azerbaijan” proqramında iştirak üçün seçilən startaplar böyümələrini sürətləndirmək üçün nəzərdə tutulan fərdiləşdirilmiş, yüksək təsirli dəstək dəstinlə çıxış əldə edəcəklər. Buraya Mastercard-ın baş ekspertlərinin fərdi mentorluğu, seçilmiş seminarlara və praktiki təlimlərə, həmçinin 30.000-dən çox tərəfdaşın qlobal şəbəkəsinə giriş daxildir. Bundan əlavə, proqram startaplara öz biznes modellərini təkmilləşdirməyə, bazara daxil olmaq üçün strategiyalarını gücləndirməyə və gələcək investisiya mərhələlərinə hazırlaşmağa kömək edəcək. Proqram Azərbaycanın regionda dinamik innovasiya qovşağı kimi mövqeyini dəstəkləmək məqsədi daşıyır.

 

Mastercard haqqında

Mastercard dünya üzrə 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birgə hər kəsin inkiaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşiddə rəqəmsal ödəniş seçimlərini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız və yeniliklərimiz, tərəfdaşlıqlarımız və şəbəkələrimiz birləşərək insanlara, müəssisələrə və hökumətlərə ən böyük potensiallarını reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir.

www.mastercard.com

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment