Banklar


Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
13.06.2025

Ölkənin ilk rəqəmsal bankı Birbank, innovasiya və sürət lideri “Bakcell”-lə əməkdaşlıq çərçivəsində ölkədə bir ilkə imza atır.  Belə ki, müştərilər “Bakcell”-in yalnız “Birinci” tarifinə aid boş SIM kartlarını əldə edərək, zərfin içərisində təqdim olunan QR kod vasitəsilə nömrəni onlayn formada, heç bir sənəd təqdim etmədən aktivləşdirə və unikal imkanlardan faydalanmaq şansı qaznırlar. 

Cəmi 6.90 AZN-dən başlayan məbləğlə “Birinci” tarifinə qoşularaq sərfəli rabitə xidməti əldə etmək mümkündür. Eyni zamanda “Birinci” tarifinə qoşulan istifadəçilər üçün xüsusi üstünlüklər də təqdim olunur: 

- Birbank tətbiqindən istifadə üçün internet paketi bitdikdən sonra pulsuz internet;

- Kommunal, TV, internet, mobil və stasionar telefon ödənişlərinə əlavə 1% keşbek;

- Birbank tətbiqində QR ödənişlərinə əlavə 0.5% keşbek; 

- Trendyol-da 2 ədəd 10% dəyərində endirim kuponu;

- Umico Premium xidmətinə pulsuz abunəlik;

- Tarif parametrlərini fərdi ehtiyaclara uyğun tənzimləmə imkanı. 

Qeyd edək ki, SIM kartları Kapital Bank/Birbank-ın “28 Mall”, “Gənclik Mall”, “Sahil”, “Binəqədi”, “8-ci mikrorayon”, “Yasamal” və “Sumqayıt” filiallarından, eyni zamanda Bravo supermarketlər şəbəkəsinin “Gənclik Mall”, “Koroğlu”, “20 Yanvar” və “Əhmədli” filiallarından əldə etmək mümkündür. Kartlar sözügedən filiallarda quraşdırılmış xüsusi stendlər vasitəsilə təqdim olunur. İstifadəçilər stend və ya SIM paketinin içərisindəki QR kodu Birbank tətbiqi ilə skan edərək nömrəni tam rəqəmsal və sürətli şəkildə aktivləşdirə, daha sonra “Birinci” tarif paketindən faydalana bilərlər. 

Ətraflı məlumat üçün: http://b-b.az/btpr

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment