Banklar


Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçıları və investorların hüquqlarının müdafiəsi məqsədilə bir sıra təşəbbüs
12.06.2025

Mərkəzi Bank maliyyə xidmətləri istehlakçıları və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində təşəbbüsləri davam etdirir. Belə ki, Mərkəzi Bank tərəfindən Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası İctimai Birliyi və Azərbaycan Kapital Bazarları Assosiasiyasının, həmçinin assosiasiyalara üzv olan təşkilatların 150-yə yaxın nümayəndəsinin iştirakı ilə keçirilmiş görüş bu istiqamətdə növbəti mühüm tədbirə çevrilib. Görüş maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi sahəsində çağrı mərkəzlərinin rolunun vacibliyi mövzusuna həsr olunub.

Görüşdə Mərkəzi Bankın Çağrı mərkəzinin fəaliyyətinin təşkilindən bəhs olunub və təşkilatların qaynar xətt nömrələri vasitəsilə məlumat əlçatanlığının təmin olunması istiqamətində tövsiyələr səsləndirilib. Daha sonra vətəndaş məmnuniyyətinin artırılması istiqamətində işlərin daha da səmərəli həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları tərəfindən istehlakçılara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib və onlar tərəfindən ünvanlanan suallar cavablandırılıb.

Mərkəzi Bank maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının qorunması istiqamətində səmərəliliyin artırılmasını və məlumat əlçatanlığının təmin olunmasını diqqətdə saxlayır. Bu məqsədlə Mərkəzi Bankın rəsmi veb-səhifəsində Sual-cavab bölməsində Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında məlumat bazası yenilənib.

Bununla yanaşı, Mərkəzi Bank tərəfindən vətəndaş məmuniyyətinin artırılması istiqamətində həyata keçirilmiş növbəti təşəbbüs respublika ərazisində fəaliyyət göstərən elektron pul təşkilatları və ödəniş təşkilatlarına aid fiziki ödəniş terminallarının əsas səhifəsində, habelə internet resursları və mobil tətbiqlərində “966” Qaynar xətti barədə məlumatın göstərilməsinin təmin edilməsi üzrə işlərin həyata keçirilməsi olub. Bununla istehlakçılara təqdim edilən ödəniş xidmətləri ilə bağlı çətinlik və suallar yarandığı vaxtında bildirilməsi və operativ araşdırılaraq cavablandırılmasının təmin edilməsi mümkün olacaq.

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən daha öncə həyata keçirilmiş analoji tədbirlər nəticəsində respublika ərazisində fəaliyyət göstərən bankların, bank olmayan kredit təşkilatlarının, sığortaçıların və valyuta mübadiləsi məntəqələrinin inzibati binalarında (filial, nümayəndəliklər) “966” Qaynar xətti barəsində məlumatın yerləşdirilməsi təmin olunub.


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment