Digər xəbərlər


PAŞA Kapital 2024-cü il üzrə Maliyyə Nəticələrinə dair Mətbuat Konfransı keçirib
12.06.2025

12 iyun 2025-ci il tarixində kapital bazarlarındakı lider mövqeyini ildən-ilə gücləndirən PAŞA Kapital İnvestisiya Şirkətinin 2024-cü il üzrə maliyyə yekunları və gələcək inkişaf istiqamətləri ilə bağlı mətbuat konfransı baş tutub. Mətbuat konfransında şirkətin direktoru Ceyhun Hacıyev, direktorun satış üzrə müşaviri İlqar Tağıyev, marketinq direktoru Gülşən Cumayevaiştirak ediblər.

Mətbuat konfransı çərçivəsində bildirilib ki, fəaliyyətinin 24-cü ilində olan Azərbaycan kapital bazarları son illərdə əhəmiyyətli inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf tendensiyası, ilk növbədə, investisiya şirkətlərinin əməliyyat həcminin genişlənməsi, investor bazasının, xüsusilə də fiziki şəxslərin artması, eləcə də dövlət və özəl sektor nümayəndələrinin müasir maliyyə alətlərinə marağının yüksəlməsi ilə bağlıdır.

Bakı Fond Birjasının 31.12.2024-cü ildə təqdim etdiyi rəsmi hesabata əsasən, kapital bazarının illik dövriyyəsi 2023-cü ildə 48 milyard AZN təşkil etdiyi halda, 2024-cü ildə bu göstərici iki dəfədən çox artaraq 107 milyard AZN səviyyəsinə çatıb. Paralel olaraq, bazarın kapitallaşması da 20%-lik artımla 6 milyard AZN həcmində qeydə alınıb ki, bu da ümumi bazar strukturunda davamlı inkişafın göstəricisidir.

Mövcud inkişaf mühiti fonunda, PAŞA Holdinqin 100%-lik səhmdarlığı ilə fəaliyyət göstərən və 13 ildən artıqdır ki, yerli kapital bazarlarının fəal iştirakçısı olan PAŞA Kapital İnvestisiya Şirkəti, 2024-cü ildə yerli bazarda dövriyyə həcmini əvvəlki illə müqayisədə 35% artıraraq 27 milyard manatadək çatdırmış, mövqeyini daha da möhkəmləndirmişdir. 


Şirkətin 2024-cü il üzrə uğurlu maliyyə nəticələrini əks etdirən əsas göstəricilər aşağıdakılardır:

* Dövlət istiqrazları üzrə yerli bazarda PAŞA Kapital son üç ildə davamlı artım nümayiş etdirərək bazar payını 55%-ə qədər yüksəldib. 

* Korporativ istiqrazlar üzrə bazar payını öncəki il ilə müqayisədə 33%-dəkartırıb.

* 2024-cü il ərzində şirkətin xarici bazarlarda dövriyyəsi ümumilikdə təxminən 3 milyard manat həcmində olub. 2025-ci ilin ilk rübünün nəticələrinə əsasən isə bu rəqəm 1 milyard 400 milyon manata yaxındır. 

* Şirkətin gəliri 42% artaraq, 11 milyon manat olub. Faiz gəlirləri 2,2 dəfə artaraq 4,5 milyon AZN-ə çatıb, qeyri-faiz gəlirləri isə 17,4% artımla 6,7 milyon AZN təşkil edib.

* Anderraytinq üzrə ötən il ilə müqayisədə 185% artımla 559 milyon manat həcmində ilkin yerləşdirmə edib.


Xatırladaq ki, bazardakı lider mövqeyini daima qoruyan PAŞA Kapital müştərilərinə aşağıdakı geniş çeşidli xidmət və məhsulları, innovativ həlləri təqdim edir: 

Brokerlik; 

Anderraytinq;

Marja Ticarəti;

Market Meykinq və Maliyyə Məsləhətləri;

Portfel İdarəçiliyi.


2024-cü il üzrə şirkətin maliyyə hesabatına dair daha ətraflı məlumatı bu linkə keçid edərək əldə etmək olar: https://www.pashacapital.az/investment/site/assets/files/2642/audit_hesabati_2024.pdf

Şirkətin xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün 1548 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz. 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment