Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, yüksəkixtisaslı ümumi cərrah, t.ü.f.d., Dr. Namiq Novruzov
12.06.2025

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə pasiyentlər arasında böyük rəğbət qazanmış Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, yüksəkixtisaslı ümumi cərrah, t.ü.f.d., Dr. Namiq Novruzovu təqdim edirik.

DR.NAMİQ NOVRUZOV Mərkəzi Gömrük Hospitalında laparoskopik və açıq qaraciyər rezeksiyaları, öd yollarından laparoskopik vizual və rentgenoloji kontrolla daşların xaric edilməsi, mədəaltı vəzin, dalağın, mədənin, qida borusunun tam və hissəvi çıxarılması, nazik və yoğun bağırsaqlarda laparoskopik əməliyyatlar, bariatrik mədə kiçildilməsi, mədənin şuntlanması, diafraqma yırtıqlarının laparoskopik təmiri, yırtıqların açıq və laparoskopik üsullarla təmiri, abdominoplastika əməliyyatları, eləcə də ezofaqoqastroduodenoskopiya, kolonoskopiya, ezofaqus varikoz venalarının elastik həlqələnməsi, qastrointestinal darlıqlarda stentlərin yerləşdirilməsi, poliplərin kəsilməsi, qanamaların endoskopik yolla dayandırılması və digər əməliyyatları icra edir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/namik-novruzov/ .

Dr.Namiq Novruzov 1996-cı ildə Azərbaycan Tibb Universitetinin II Müalicə Profilaktika fakültəsini bitirmiş, 1996-1997-ci illərdə Bakı şəhəri 5 saylı kliniki xəstəxanada cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. O, 2003-2007-ci illərdə Moskva şəhərində Rusiya Diplomdansonrakı Tibbi Təhsil Akademiyasında Təcili və Təxirəsalınmaz cərrahiyyə kafedrasının aspiranturasında təhsilini davam etdirərək, tibb üzrə fəlsəfə doktoru elmi adını qazanmışdır.

1998-ci ildə dövlət tibb müəssisəsində ümumi cərrah kimi fəaliyyətə başlamış Namiq Novruzov 2003-2007-ci illərdə N.V.Sklifosovski adına Moskva şəhər Elmi Tədqiqat Təcili Yardım İnstitutunda ümumi cərrah, 2009-2012-ci illərdə Mərkəzi Gömrük Hospitalında ümumi cərrah, 2012-2013-cü illərdə Türkiyədə Malatya İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunda cərrah kimi çalışmış və 2013-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalında Ümumi Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah kimi fəaliyyət göstərir. Dr. Namiq Novruzov ümumi cərrahiyyə, laparoskopik cərrahiyyə, transplantasiya və invaziv endoskopiyanı əhatə edən geniş çeşidli diaqnostik və cərrahi əməliyyatlar üzrə ixtisaslaşmışdır. 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dr.Namiq Novruzov 2024-cü ilin yanvar ayında gömrük orqanlarında səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Namiq həkim öz sahəsi üzrə biliklərini daim təkmilləşdirərək Rusiyanın, Türkiyənin və Avropanın müxtəlif aparıcı klinikalarında qarın boşluğu və çanaq üzvlərinin laparoskopik cərrahiyyəsi üzrə ixtisasartırma, Ankara Universitetinin Tibb fakültəsində endoskopiya və ERCP üzrə kursları bitirmiş, 2020-ci ildə Avstriyanın Zalsburq şəhərində Amerika-Avstriya Fondu tərəfindən təşkil olunmuş  “Zalsburq tibb seminarları” adını almış “Mədə-bağırsaq xərçəngi” seminarında, 2022-ci ilin mart ayında Türkiyənin Antalya şəhərində keçirilən XXII Beynəlxalq Cərrahiyyə Konqresində iştirak edib. Dünyanın bir çox ölkələrində elmi konfrans və seminarlarda cərrahiyyənin geniş sahələrini əhatə edən müxtəlif mövzularda çıxışlar edir.

Dr.Namiq Novruzov 2019-cu ildə ABS-da çap olunan nüfuzlu “Annals of Transplantation” jurnalının və İngiltərədə çap olunan “World Journal of Surgical Oncology” jurnalının rəsmi rəyçi eksperti seçilib. Dr.Namiq Novruzovun  Mərkəzi Gömrük Hospitalının radioloqu Emin Məmmədov  və Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramovla birgə “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Transplantation Proceedings” jurnalının 2019-cu ilin sentyabr nömrəsində “Potensial canlı qaraciyər donorlarında qaraciyər parenximasının preoperativ dəyərləndirilməsi” adlı elmi məqaləsi ingilis dilində dərc olunmuşdur.Namiq Novruzovun qəbuluna yazılmaq üçün əlaqə nömrə: (012) 404-08-08.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment