Digər xəbərlər


Özbəkistanda iqtisadi əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
12.06.2025

Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən görüş və panel sessiyada iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları dəyərləndirilib. 

Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistana səfər edib.  

Forum çərçivəsində “Azərbaycan-Özbəkistan: İqtisadi tərəfdaşlığın vektoru” mövzusunda panel sessiya keçirilib. Sessiyada hər iki ölkənin hökumət və biznes nümayəndələri ilə ikitərəfli ticarətin genişləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

Sessiyada iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər və tədbirlərin əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb. Ötən il Prezident cənab İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” tərəfdaşlığın gücləndirilməsində xüsusi önəm kəsb edir.

Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri genişlənir. Özbəkistanla ticarət dövriyyəsi bu ilin yanvar-aprel aylarında 3 dəfədən çox artıb. İqtisadi münasibətlərin möhkəmləndirilməsində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti kimi mexanizmlər mühüm rol oynayır. Bununla yanaşı, digər birgə fəaliyyət platformalarının formalaşdırılması iqtisadi tərəfdaşlığı stimullaşdıra bilər.

Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistanın Yenidənqurma və İnkişaf Fondunun direktoru Şuxrat Vafayev, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin direktoru Nazim Hacıyev, Daşkənd qubernatorunun müavini Şərof Rəhmanov iki ölkə arasında iqtisadi tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsinə dair fikirlərini bölüşüblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak çərçivəsində Qətərin xarici ticarət naziri Ahmed bin Mohammed Al-Sayed ilə görüşüb.

Görüşdə Azərbaycan-Qətər əlaqələrinin uğurlu inkişafı vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsi üçün böyük potensial var. Bu baxımdan, birgə təşəbbüslərin həyata keçirilməsi önəm kəsb edir. Azərbaycanın əlverişli işgüzar mühiti, müxtəlif investisiya layihələri, nəqliyyat imkanları haqqında məlumat verilib, əməkdaşlığın perspektivləri qeyd olunub.

Tərəflər birgə investisiyalar, infrastrukturun inkişafı, dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlıq mexanizmlərinin qurulması və digər istiqamətlər üzrə işbirliyi barədə müzakirələr aparıblar.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment