“Azərbaycan Mühasiblər və Risk Peşəkarları” Assosiasiya sırisklərin idarəedilməsi istiqamətində maarifləndirici layihəyə start verir. “Risk Professionalı” layihənin əsas məqsədi iştirakçıların risklərin idarə edilməsi sahəsində nəzəri bilik və praktiki bacarıqlarla təchiz olunaraq, bu sahədə peşəkar kimi yetişməsini təmin etməkdir.
Layihə çərçivəsində maliyyə, əməliyyat, siğorta, hüquqi, strateji və digər növ risklərin düzgün müəyyən olunması, qiymətləndirilməsi və effektiv idarə edilməsi üsulları tədris ediləcək, iştirakçılar real ssenarilər üzərində işləyərək praktik təcrübə qazanacaqlar.
Təlimçilər, müddət, tədris modulları və digər məqamlarla bağlı ətraflı məlumat üçün aşağıda yerləşdirilən linkdən qeydiyyatdan keçməklə, elektron ünvana ətraflı məlumat əldə etmək olacaq. https://forms.gle/oG7KUmcZ9QKbEUSAA
Qeyd etmək istərdik ki, ARPA 2009-cu ildə Azərbaycanda Azərbaycan Risk Peşəkarları Assosiasiyası kimi təsis edilmişdir. ARPA dövlət qurumları ilə yanaşı Risk Peşəkarlarının Beynəlxalq Assosiasiyası (GARP),Beynəlxalq Maliyyə Korporasiyası(IFC), Dünya Bankı,İmtiyazlı Sığorta İnstitutu (CII), CİPFA, ACCA kimi beynəlxalq qurumlarla əməkdaşlıq edir.
Əlaqə vasitələri: 055 202 93 43
Email: office@arpa.org.az