Həkim-rezident Güllüxanım Rəhimova Tibb Festivalında məruzəçi qismində iştirak edib
11.06.2025
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin həkim-rezidenti Güllüxanım Rəhimova Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi və ATU-nun 95 illik yubileyinə həsr olunmuş Tibb Festivalında məruzəçi qismində iştirak edib. Həkim-rezident Güllüxanım Rəhimova “Stress sidikqaçırma zamanı FEMİLİFT CO2 lazer təcrübəsi” mövzusunda təqdimatla çıxış edib, mövzu ilə bağlı iştirakçıların suallarını cavablandırıb.