Digər xəbərlər


Nəticəəsaslı büdcə mexanizminin tətbiqi üzrə təlimin növbəti mərhələsi başa çatıb
11.06.2025

Nəticəəsaslı büdcə mexanizminin tətbiqi üzrə təlimin növbəti mərhələsi başa çatıb 

İyunun 10-da Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən keçirilən nəticəəsaslı büdcə mexanizminin tətbiqi üzrə təlim proqramının növbəti mərhələsi başa çatıb, iştirakçılara sertifikatlar təqdim olunub.

Cari ilin fevral - iyun aylarında keçirilən təlimlərdə iştirakçılara Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən nəticəəsaslı büdcə mexanizminin hüquqi və prosedur çərçivəsi, Dünya Bankının mütəxəssisləri tərəfindən isə seçilmiş sektorlarda tətbiqi bilik və konkret halların təhlilinə əsaslanan təlimlər keçirilib. 

İsveçrə Hökumətinin “Azərbaycanda ortamüddətli büdcə planlaşdırmasının gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edən dövlət qurumlarının əməkdaşları beynəlxalq ekspertlərlə birlikdə büdcə təkliflərinin hazırlanması, bu təkliflərin təhlilinin aparılması, keyfiyyətin artırılması yollarının müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparıblar. 

Təlim əsasən Azərbaycanda ortamüddətli və nəticəəsaslı büdcə mexanizminin tətbiq olunduğu dörd sektoru - kənd təsərrüfatı, təhsil, ətraf mühitin qorunması və sosial müdafiə sahələrini əhatə edib. 

Dünya Bankının dövlət idarəçiliyi üzrə böyük mütəxəssisi və layihənin heyət rəhbəri Andzs Ubelisin sözlərinə görə bu təlim büdcə hazırlığında düşüncə tərzinin dəyişməsini təşviq edib. Belə ki, tələb olunan maliyyələşmənin məbləği və bu məbləğə nə alınacaq kimi ənənəvi baxışdan, dövlət maliyyəsi ilə hansı nəticələrin əldə ediləcəyinə və bu nəticələrin hansı təsirə malik olacağı yanaşmasına keçid edilməlidir.  

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment