Digər xəbərlər


Pul nişanlarının reproduksiyası (bənzədilmiş surətdə hazırlanmış) Qaydalarına dair məlumat
10.06.2025

Azərbaycan Respublikasının Mərkəzi Bankı pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili məqsədilə mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir. Bu istiqamətdə aparılan müşahidələr göstərir ki, son dövrlər ölkə ərazisində pərakəndə ticarət müəssisələrində mətbəə üsulu ilə hazırlanmış milli, eləcə də xarici valyutada pul nişanlarının qanunsuz reproduksiyalarının satışı hallarına rast gəlinir.

Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 41-1-ci maddəsinə əsasən pul nişanlarının reproduksiyasına (bənzədilmiş surətdə hazırlanması) yalnız Mərkəzi Bankın İdarə Heyətinin 25 oktyabr 2023-cü il tarixli 51/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının reproduksiyası Qaydası”nın tələbləri ilə müəyyən edilmiş qaydada yol verilir. Həmin Qaydaya əsasən reproduksiya olunan kağız pul nişanlarının ölçüləri Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanlarının səthinin 50 faizinə qədər və ya 200 faizindən çox olmalı, rəngi pul nişanlarının əsas rəng tonundan ən azı 30 faiz tünd və ya ən azı 30 faiz açıq olmalı, eləcə də aydın oxuna bilən şriftlə, iri hərflərlə yazılmış, silinməsi mümkün olmayan və reproduksiyanın əsas rəng tonundan seçilən “REPRODUKSİYA” sözü əks olunmalıdır.

Hal-hazırda pərakəndə ticarət müəssisələrində, eləcə də açıq bazarlarda realizasiya olunan bənzədilmiş “pullar”ın qeyd olunan Qaydanın tələblərinə uyğun olmaması müəyyən edilir. Bu isə vətəndaşlar tərəfindən həmin reproduksiyaların həqiqi pul kimi qəbul edilməsi riskini yaradır. Mövcud qanunvericiliyə əsasən reproduksiya qaydalarını pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunur və belə pulların satışı, əldə edilməsi və hazırlanması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə səbəb olmaqla həmin əməlləri törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas yaradır.

Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan saxta pul nişanlarına aldanmamaq üçün diqqətli və ehtiyatlı olmaları, belə hallarla rastlaşdıqda dərhal hüquq mühafizə orqanlarına və ya Mərkəzi Banka, yaxud onun ərazi idarələrinə müraciət etmələri tövsiyə olunur. Bu cür tədbirlər həm şəxsi təhlükəsizlik, həm də iqtisadi sistemin təhlükəsizliyi üçün əhəmiyyətlidir.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment