Digər xəbərlər


Azərbaycanın BMT Turizmin Avropa Regional Komissiyanın iclasına ev sahibliyi edir
10.06.2025

İyunun 5-də Bakıda BMT Turizmin Avropa Regional Komissiyanın 71-ci iclası işinə başlayıb.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev BMT Turizmlə əməkdaşlıq əlaqələrinin güclənməsinə xüsusi diqqət verildiyini, ölkəmizin 2001-ci ildən təşkilata üzv qəbul olunması, 2013-cü ildən indiyədək 3 dəfə İcraiyyə Şurasında təmsil olunması, 2017-ci ildə İcraiyyə Şurasına sədr seçilməsi və 2019-cu ildə İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi etməsi haqqında məlumat verib.

O, ölkə rəhbərliyinin, cənab Prezident İlham Əliyevin Azərbaycanda turizmin inkişafına daim diqqət göstərdiyini vurğulayaraq Azərbaycanın Avropa ilə digər regionlar arasında digər bir çox sahələrdə olduğu kimi turizm sahəsində də körpü rolunu oynayan mərkəzə çevrildiyini qeyd edib. Fuad Nağıyev 2024-cü il ərzində ölkəmizə gələn xarici ziyarətçilərin sayının 2023-cü illə müqayisədə 26 faiz artdığını, turist xərcləmələrinin isə 5.1 milyard dollara çatdığını bildirib.

Fuad Nağıyev COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi səyi nəticəsində COP tədbirləri tarixində ilk dəfə turizm mövzusunun iqlim danışıqlarının əsas gündəliyinə salınması, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatının birgə təşkilatçılığı ilə “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü” və indiyədək 70-dən çox ölkənin tərəfdar çıxdığı “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” haqqında məlumat verərək iştirakçı ölkələri bəyannaməyə qoşulmağa çağırıb.

Agentlik sədri, həmçinin Azərbaycanın 2025-2029-cu illər üçün BMT Turizmin İcraiyyə Şurasında Avropa regionu üzrə ayrılmış yerlərdən birinə namizədliyini irəli sürdüyü qeyd edərək müvafiq səsvermə zamanı üzv dövlətlər tərəfindən veriləcək dəstəyin əhəmiyyətli olduğu vurğulanıb.

Tədbirdə çıxış edən BMT Turizmin İcraçı direktoru Natalia Bayona Azərbaycan tərəfinə tədbirin yüksək səviyyədə təşkilatçılığı və qonaqpərvərlik üçün təşəkkür edib. O, turizmin iqtisadiyyatın ən insanyönümlü sahəsi kimi insanları və mədəniyyətləri birləşdirdiyini qeyd edərək bu sahənin dayanıqlı gələcəyini təmin etmək məqsədilə innovasiya, təhsil və investisiyaların önəminə diqqəti çəkib.

Avropa Regional Komissiyasının üzvü olan 38 Avropa ölkədən 150-ə yaxın rəsmi nümayəndənin iştirakı ilə keçirilən tədbirdə təşkilatın 2024-2025-ci illər üzrə fəaliyyətinə dair hesabatlar dinləniləcək, Baş Assambleya, müxtəlif komitələr və işçi qruplar üzrə müxtəlif seçkilər, o cümlədən İcraiyyə Şurasına seçkilər baş tutacaq.

Qeyd edək ki, Avropa Regional Komissiyası üzrə İcraiyə Şurasının üzvlüyünə ayrılmış 5 yer üzrə Azərbaycanla yanaşı, Qazaxıstan, Moldova, Sloveniya, Fransa, Ermənistan, Rumıniya, Xorvatiya və Yunanıstan kimi ölkələr tərəfindən 2025-2029-cu illər üçün namizədlik irəli sürülüb.

Tədbirin ikinci günündə “Təkandan Yüksəlişə: Turizmdə İqlim Dəyişikliklərinə Qarşı Fəaliyyətin COP29-dan Sonra İrəliləməsi” mövzusunda tematik konfrans keçiriləcək.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment