Digər xəbərlər


Turizmdə iqlim dəyişiklikləri mövzusunda konfrans keçirilib
10.06.2025

İyunun 6-da BMT Turizmin Avropa Regional Komissiyasının Bakıda keçirilən 71-ci iclası çərçivəsində “Təkandan Yüksəlişə: Turizmdə İqlim Dəyişikliklərinə Qarşı Fəaliyyətin COP29-dan Sonra İrəliləməsi” mövzusunda tematik konfrans təşkil edilib.

Konfransda COP29-dan sonrakı dövrdə turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə sektorun milli və qlobal iqlim siyasətlərinə inteqrasiya edilməsi, turizm sektorunda iqlim tədbirlərinin sürətləndirilməsinin zəruriliyi və emissiyaların azaldılması, Avropa regionunda dayanıqlı turizm təcrübələrinin tətbiqinin təşviqi, yaşıl keçid üçün lazımi resursların səfərbər edilməsi məsələləri müzakirə olunub.

Qeyd olunub ki, Qlazqo Bəyannaməsi və “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” turizm sektorunda dövlət orqanlarını, özəl biznesləri və digər maraqlı tərəfləri karbon emissiyasının azaldılması strategiyaları üzrə hədəfləri qəbul etməyə, bu istiqamətdə tədbirləri dəstəkləməyə təşviq edir.

Konfransda “Mitiqasiya – Aşağı karbonlu turizmin gələcəyi üçün praktiki addımlar” və “Adaptasiya – Dəyişən iqlimə qarşı turizmin hazırlığı” mövzularında panel sessiyalar keçirilib.

Panel sessiyalarda turizm sahəsində dekarbonizasiya, emissiyaların ölçülməsi və azaldılması sahəsində praktiki yanaşmalar və real həllər, dəniz səviyyəsinin qalxması, ekstremal hava şəraiti və ekosistemlərin məhv olma təhlükəsi kimi iqlim risklərinin idarə olunması, dayanıqlı infrastrukturlardan istifadə və adaptasiya tədbirlərinin turizm planlaşdırmasına inteqrasiyası yolları ətrafında fikir mübadiləsi aparılıb.

Panel müzakirələrdə, həmçinin Azərbaycanın turizm sektorunda iqlim dəyişikliklərinə qarşı həyata keçirilən tədbirlər, o cümlədən “Turizm üzrə İqlim Fəaliyyəti Planı”nın hazırlanması və dayanıqlı infrastruktur prinsiplərinin turizmin inkişafında tətbiqi barədə məlumat verilib.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment