Digər xəbərlər


Maliyyə Nazirliyində kollegiya iclası keçirilib
09.06.2025

İyunun 5-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti kollegiya iclasında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2024-cü ildə görülmüş işlər, əhalinin sağlamlığının qorunması sahəsində ötən il həyata keçirilmiş tədbirlər, cari məsələlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu və məqsədyönlü siyasət 2024-cü ildə ölkənin hərtərəfli inkişafına, sosial-iqtisadi sahədə dayanıqlı artımın və makroiqtisadi sabitliyin təmin olunmasına mühüm töhfə verib. Bu amillər dövlət büdcəsinin icrasına da müsbət təsir göstərərək, həm gəlir və xərclər üzrə proqnozların tam yerinə yetirilməsinə, həm də fiskal intizamın qorunmasına və maliyyə mövqelərimizin daha da möhkəmlənməsinə şərait yaradıb.

Kollegiya iclasında 2024-cü ilin dövlət büdcəsinin icrası barədə məsələlərə toxunulub, dövlət büdcəsinin mədaxilinin 37,2 milyard manat olmaqla, proqnoza qarşı 774 milyon manat və ya 2,1 faiz çox icra edildiyini bildirilib. Ötən ilin dövlət büdcəsinin xərcləri isə proqnozun 95 faizi həcmində və ya 37,7 milyard manat icra edilib. Dövlət büdcəsinin kəsri isə nəzərdə tutulan proqnozdan 2,8 milyard manat və ya 83,5 faiz az olub.

Maliyyə naziri bildirib ki, il ərzində dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələrinin və sosial proqramların, o cümlədən müdafiə, milli təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, sosial təminat və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, biznesə iqtisadi dəstək tədbirləri, habelə təhsil, səhiyyə, investisiya, mədəniyyət, idman və digər sahələrdə zəruri xərclərin maliyyələşdirilməsi tam və vaxtında təmin edilib.

Qeyd olunub ki, dövlət büdcəsinin icrası çərçivəsində il ərzində xəzinədarlıq orqanları tərəfindən ümumilikdə 1 milyon 587 min ödəniş sənədi icra olunub.

S.Babayev dövlət maliyyəsinin idarə olunmasında müasir texnologiyaların tətbiqi və rəqəmsallaşmanın sürətləndirilməsinin vacibliyini vurğulayıb, Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xəzinə xidmətlərinin keyfiyyətinin və operativliyinin artırılması, risk əsaslı avtomatik ödəniş sisteminin qurulması, ödəniş prosesinin sadələşdirilməsi və elektronlaşdırılması istiqamətində müvafiq tapşırıqlar verib. 

Eyni zamanda, nazir risk əsaslı qiymətləndirmə meyarları əsasında ödənişlərin icrasını təmin etmək məqsədilə Dövlət Maliyyə Nəzarəti Xidməti ilə birgə fəaliyyətin təşkil edilməsinin zəruriliyini qeyd edib, bu mexanizmin tətbiqi nəticəsində büdcə vəsaitləri üzərində nəzarətin daha da gücləndiriləcəyini vurğulayıb.

Kollegiya iclasında 2024-cü ildə əhalinin sağlamlığının qorunması sahəsində görülmüş işlərdən də bəhs olunub. Bildirilib ki, dövlət büdcəsinin imkanlarının genişlənməsi nəticəsində səhiyyə sahəsinə ayrılan vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, son 5 il ərzində səhiyyə xərclərində artım  2,1 dəfə olub. 2024-cü ilin dövlət büdcəsində “Səhiyyə” bölməsi üzrə xərclərin icrası 1 milyard 828,8 milyon manat təşkil edib. Bu vəsaitin əsas hissəsi əhalinin büdcə vəsaiti hesabına icbari tibbi sığorta ilə əhatə olunmasına və bir sıra dövlət proqramlarının maliyyələşdirilməsinə sərf olunub.

Kollegiyanın sədri əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən islahatlar üzrə Maliyyə Nazirliyinin səlahiyyətləri çərçivəsində qarşıda duran vəzifələrin operativ icrasının davam etdirilməsi, həyata keçirilən islahatların maliyyə təminatı ilə bağlı zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verib.

Kollegiya iclasında Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti, eləcə də Nazirlik sistemində çalışan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı mövcud vəziyyətin təhlilinə dair təqdimatlar nümayiş etdirilib və müvafiq məruzələr dinlənilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrasının qiymətləndirilməsi sisteminin tətbiq olunduğu son 3 il ərzində Maliyyə Nazirliyi üzrə icra göstəricisi 97%-dən yuxarı olub. Hazırkı qiymətləndirməyə əsasən, 17 nazirlik arasında tapşırıqların sayı ilə onların icra faizi nisbətinə görə Maliyyə Nazirliyi ən yüksək nəticə göstərən qurumlardan biri kimi ön sıralarda yer alır.

Cari ildə Maliyyə Nazirliyinin qarşısında duran mühüm vəzifələrdən bəhs edən Sahil Babayev 2026-cı il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkili və müvafiq büdcə zərflərinin tərtib olunaraq aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icra ardıcıllığına uyğun davam etdirilməsi ilə bağlı tapşırıqlar verib. 

İclasda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilb.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment