Banklar


Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
05.06.2025

Əməkdaşların peşəkar və şəxsi inkişafını prioritet hesab edən Kapital Bank bu yanaşmanın davamı olaraq 2024-cü ilin sentyabr ayında bank liderlərinin inkişafına yönələn “Leading for Organizational Impact” proqramına start verib. 18 nəfərdən ibarət rəhbər heyət üçün hazırlanan proqram liderlik sahəsində aparıcı institutlardan biri olan “Center for Creative Leadership” (CCL) ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.Üç modullu proqram çərçivəsində iştirakçılar həm nəzəri, həm də praktiki liderlik bacarıqlarını qlobal trendlər və qabaqcıl idarəetmə yanaşmaları ilə möhkəmləndirirlər. 

Layihə çərçivəsində bankın lider heyəti ING, Lloyds Bank London və OTP Bank kimi nüfuzlu maliyyə institutlarının yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə Amsterdam şəhərində keçirilən praktiki sessiyalara qatılıblar. Belə ki, ING Bank-ın Maliyyə Cinayətkarlığının Qarşısının Alınması üzrə Qlobal rəhbəri Ivar Lammers, ING Bank-ın Süni İntellekt və Müştəri Təcrübəsi üzrə Direktoru Bart Jansen, Lloyds Bank London-un Ödənişlər və İnkişaf üzrə Direktoru Samantha Emery və OTP Bank-ın Bank Əməliyyatları üzrə Direktoru Aleksandra Brdar Turk tərəfindən müasir bankçılıq trendləri, maliyyə cinayətkarlığının qarşısının alınması, süni intellektin tətbiqi və müştəri təcrübəsinin inkişafı kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.  

Həmçinin bu təşəbbüsün davamı olaraq, 2-5 iyun 2025-ci il tarixlərində qlobal ödəniş texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən olan Visa ilə əməkdaşlıq çərçivəsində bankın rəhbər heyətinin nümayəndələri Money 20/20 Europe forumunda da iştirak edibrlər. Belə ki, bankın liderləri tədbir zamanı aparıcı beynəlxalq banklarla təcrübə mübadiləsi aparır, qabaqcıl rəqəmsal bankçılıq və fintex trendləri ilə tanış olur, həmçinin sektorun ən son yeniliklərinin təqdim olunduğu müxtəlif vörkşoplarda fəal şəkildə yer alırlar. 

Tədbir haqqında fikirlərini bölüşən bankın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova bildirib: “ Liderlik DNT-mizin təməl prinsiplərindən biri də məhz özümüzün lideri olmağı daim öyrənməyi, inkişaf etməyi, innovasiyalar və qlobal təcrübə ilə ayaqlaşmağı təbliğ edir. Bununla bərabər rəqabətli və daim dəyişən maliyyə bazarında güclü mövqeyimizi qorumaq və daha da möhkəmləndirmək üçün qlobal səviyyədə ən yaxşı təcrübələri izləmək və düzgün şəkildə tətbiq etmək bizim üçün vacibdir. Düşünürəm ki, istər bu təcrübə proqramının təşkili, istərsə də Money 20/20 Europe kimi beynəlxalq tədbirdə iştirak liderlərimizin strateji yanaşmasını daha da gücləndirəcək və bankımızın inkişafına dəyər qatacaq. Qlobal səviyyədə liderlik bacarıqlarının formalaşdırılması və innovativ yanaşmaların öyrənilməsi bizim üçün sadəcə seçim deyil – bu, liderlik yolumuzun ayrılmaz hissəsidir”. 

Qeyd edək ki, Money 20/20 Europe maliyyə xidmətləri və texnologiyaları sahəsində dünyanın aparıcı banklarını, fintex şirkətlərini, ödəniş platformalarını və tənzimləyici qurumların nümayəndələrini bir araya gətirən ən böyük beynəlxalq tədbirlərdən biridir. Forumun əsas məqsədi maliyyə sahəsində innovasiyaların, rəqəmsal transformasiya trendlərinin və yeni əməkdaşlıq modellərinin təşviq olunmasıdır.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment