Banklar


Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub
05.06.2025

5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Qırmızı Ürəklər Fondunun və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı” həmrəylik marafonu keçirilib.

Xaçmaz rayonunun İstisu qəsəbəsində Xəzər sahil zolağında baş tutan aksiyada ümumilikdə 847 kiloqram məişət tullantısı toplanaraq aidiyyatı üzrə təhvil verilib. Xəzər dənizinin sahilyanı ərazilərinin təmizlənməsinə Kapital Bank-ın Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edən filial şəbəkələrindən 57 nəfər əməkdaş könüllü olaraq qoşulub.

Aksiyanın əsas məqsədi cəmiyyətə tullantıların düzgün idarə olunmasının və ətraf mühitin təmiz saxlanmasının vacibliyini aşılamaq, eyni zamanda sahilyanı bölgələrin ekoloji vəziyyətinə diqqət çəkməkdir.

Layihə barədə fikirlərini qeyd edən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il üçün elan etdiyi “Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə Qırmızı Ürəklər Fondu  və Kapital Bank tərəfindən start götürən bu marafon mütəmadi olaraq həyata keçirilir. Məqsəd cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın daha da artırılması, eyni zamanda  sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, bu ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, hər kəsi təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq etmək marafonun əsas hədəflərindəndir. 

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildəKapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment