Digər xəbərlər


Beynəlxalq Valyuta Fondunun “IV Maddə Məsləhətləşmələri” missiyası çərçivəsində Yekun Bəyanatı dərc edilib
05.06.2025

Beynəlxalq Valyuta Fondu tərəfindən (BVF) üzv ölkələrin makroiqtisadi vəziyyətini, maliyyə sabitliyini, fiskal və monetar siyasətlərini qiymətləndirmək, potensial riskləri müəyyənləşdirmək məqsədilə mütəmadi olaraq “IV Maddə Məsləhətləşmələri” missiyası həyata keçirilir. Bununla bağlı, 2025-ci ilin yanvar – fevral aylarında Azərbaycanda səfərdə olan Fondun nümayəndə heyətinə ölkəmizin makroiqtisadi vəziyyəti, iqtisadi inkişaf prioritetləri, islahat gündəliyi, fiskal və monetar siyasətləri barədə ətraflı məlumat verilib. Missiya yekunlaşdıqdan sonra bu ilin aprel ayında BVF tərəfindən Azərbaycana dair 2025-ci il üzrə yekun bəyanat dərc edilib.

Bəyanatda ölkəmizin son illərdə əldə etdiyi bir sıra müsbət nəticələr - iqtisadi risklərin balanslaşdırılması, dövlət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, inflyasiyanın sabitləşməsi və hədəf diapazonunda saxlanılması, fiskal intizamın bərpası, şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahəsində əldə olunmuş naliyyətlər vurğulanıb.

Sənəddə Azərbaycanın dövlət qurumları tərəfindən verilən məlumatların bir çoxu öz əksini tapsa da, bir sıra əsaslı məqamlar nəzərə alınmayıb. Beynəlxalq təşkilatların ölkələr haqqında rəyin formalaşmasına və investorların qərarlarına təsirini nəzərə alaraq, aşağıda qeyd olunan məsələlər xüsusi önəm kəsb edir.

Belə ki, BVF-nin bəyanatında ölkəmizin 2025-2030-cu illər üzrə iqtisadi artım tempinin orta illik hesabla 2,6% səviyyəsində proqnozlaşdırıldığı öz əksini tapıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sonuncu makroiqtisadi proqnozlarına əsasən 2025-2029-cu illər üzrə iqtisadi artım tempi orta illik hesabla 3,8% səviyyəsində proqnozlaşdırılır.

Azərbaycanda 2022-ci ildən dövlət-özəl tərəfdaşlığının hüquqi bazası formalaşdırılıb. Özəl sektorun inkişafı üçün əhəmiyyətli alətlərdən olan dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin icrası ilə bağlı işlər görülüb. 2024-cü ildə xarici investorla birgə dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrası ilə bağlı işlərə başlanılıb. Bununla belə, sənəddə struktur islahatların tərkib hissəsi kimi bu sahədə aparılmış islahatlar qeyd olunmayıb. 

Azərbaycanda vergi qanunvericiliyinin təkmilləşdirilməsi, bu sahədə inzibatçılığın, rəqəmsallaşmanın genişləndirilməsi, biznesin təşviqi üçün geniş güzəştlərin tətbiqi, əmək bazarında islahatlar nəzərəçarpacaq müsbət nəticələrə səbəb olub. Əmək bazarında islahatların nəticəsi ötən il Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib və Azərbaycanda tətbiq olunan təcrübə digər iqtisadiyyatlar üçün araşdırılması vacib olan səmərəli model kimi qiymətləndirilib. BVF-nin yekun bəyanatında isə Azərbaycanda vergi siyasəti ilə bağlı islahatlar tam şəkildə qiymətləndirilməyib. 

Ölkəmiz vergi inzibatçılığının beynəlxalq dəyər zəncirinə uyğunlaşdırılması üçün BVF ilə əməkdaşlıq edir. Bu baxımdan Fondun Vergi İnzibatçılığının Diaqnostik Qiymətləndirmə Aləti (TADAT) xüsusi əhəmiyyətə malikdir. 2024-cü ildə BVF və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında bu alətdən istifadə edərək daxili qiymətləndirmənin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, BVF tərəfindən DVX əməkdaşlarına TADAT əsasında təlim keçirilib. TADAT-la bağlı əməkdaşlığa baxmayaraq, Fondun ölkəmizlə bağlı sənədində Azərbaycana bu alətdən istifadə ilə bağlı tövsiyə yer alıb. 

Bəyanatda sənaye və istehsal sektorunun kredit portfelindəki payının 2024-cü ildə 5%-dən 8%-ə yüksəldiyi göstərilsə də, bu rəqəm Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən 5,5%-dir. 

Azərbaycanda beynəlxalq təşkilatlarla uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığa böyük önəm verilir və bu əməkdaşlıqların daha da gücləndirilməsi istiqamətində işlər davam etdirilir.


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment