Digər xəbərlər


DTA tərəfindən elan olunan qrant müsabiqəsinin qalibləri açıqlanıb
05.06.2025

Turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması, turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmənin həyata keçirilməsi məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsinin nəticələri açıqlanıb.

2025-ci il üzrə elan olunan müsabiqə çərçivəsində layihələr əsasən “turistik kənd”lərdə (Duruca, İvanovka, Bibiyani, Sım və Qrız kəndləri) turizm infrastrukturunun inkişafı, ətraf mühitin mühafizəsi, qadınların və gənclərin dəstəklənməsi, həmçinin yeni turizm məhsullarının yaradılması istiqamətlərini əhatə edir.

Layihələr Dövlət Turizm Agentliyinin Qrant Qaydalarına əlavə olunmuş 5 nömrəli metodologiyaya əsaslanaraq layihə təkliflərinin hazırlanma keyfiyyəti, icra potensialı, sosial-iqtisadi təsirləri, layihənin aydın təsviri və büdcənin məqsədlərə uyğunluğu kimi meyarlar nəzərə alınmaqla qiymətləndirilib.

Qiymətləndirmə prosesi nəticəsində minimal keçid balını (48 bal) toplayaraq daha yüksək göstəricilər nümayiş etdirən 9 layihə aşağıdakı kimidir:

“Turistik kənd”də turizmin inkişafına və turizmyönümlü fəaliyyətlərdə qadınların rol və hüquqlarının artırılmasına təşəbbüs” (“D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyi)

“Duruca kəndində turizmin inkişafına dəstək (“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi)

“Gənclərə iş, Turistlərə nəvaziş!” (“Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi)

“Turistik kəndlərdə turizm üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək” (“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi)

“4 mövsüm Qrız” - “Qrız kəndində turizmyönümlü fəaliyyətlərdə qadınların dəstəklənməsi” (“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi)

Astara rayonunun Sım kəndində aqroturizmin inkişaf etdirilməsi və təşviqi (Ramiz Kəlbiyev Kəlbi oğlu)

Qrız kəndi və ətraf ərazilərdə icma əsaslı dayanıqlı, ekoloji, açıq hava turizm fəaliyyətlərinin təşkili (Rəşad Əhmədov İsmayıl oğlu)

“Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili (Pərviz Salayev Talıb oğlu)

“İvanovkada velosipedlər və gəzinti marşrutları” (Abuzər Ağazadə Çingiz oğlu)

Qeyd edək ki, ümumilikdə təqdim edilmiş 156 layihədən 69-u müsabiqənin elan olunmuş istiqamətlərinə uyğun gəlmədiyinə və ya sənədlərdə mövcud olan çatışmazlıqlara görə ilkin qiymətləndirmə mərhələsinə keçiməyib. Digər 87 layihə isə ekspertiza mərhələsindən keçərək Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirilib.


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment