Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında ilkin yanğın təhlükəsizliyi qaydaları ilə bağlı praktiki təlim keçirilib
04.06.2025

4 iyun 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında inzibati və tibbi heyət üçünfövqəlada hallar zamanıilkin yanğın təhlükəsizliyi qaydaları və pasiyentlərin təxliyyəsi ilə bağlı praktiki təlim keçirilib. Təlimdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrinin əməkdaşları, tibb bacıları, tibb qardaşları, həkim rezidentlər və texniki işçilər iştirak ediblər.

Tədbirin açılış hissəsində çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinin təmin olunmasının təkcə maddi zərərlərin qarşısının alınması baxımından deyil, həm də pasiyentlərin sağlamlığı və həyatı üçün olduqca vacib olduğunu qeyd edib. 

Dr.İsmayıl Əfəndiyev əməkdaşların fövqəladə hallarda düzgün və operativ reaksiya verə bilməsinin, eləcə dəhərəkət qabiliyyəti məhdud olan pasiyentlərin təhlükəsiz və koordinasiyalı şəkildə təxliyəsi prosesində, əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasında, ilkin yanğınsöndürmə vasitələrindən düzgün istifadə bacarığının təkmilləşdirilməsində və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsində bu cür təlimlərin əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov çıxış edərək hər bir əməkdaşın yanğın və digər fövqəladə vəziyyətlər zamanı sürətli qərar vermə, düzgün davranış modeli sərgiləmə və effektiv komanda işi nümayiş etdirmə bacarığı həyati önəm daşımasını, belə təlimlərin tibbi personalın fövqəladə situasiyalara qarşı psixoloji hazırlığını da gücləndirdiyini qeyd edib. 

Təlimin praktiki hissəsində Mərkəzi Gömrük Hospitalının yanğından mühafizə üzrə məsul şəxs Qasımov Rizvan ilkin yanğın zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları,fövqəladə hallardapasiyentlərin təhlükəsiz şəkildə təxliyəsi prosesi barədə geniş məlumat verib, yanğın zamanı zəruri tədbirlər, təhlükəsizliyin təmin olunması üçün davranış qaydaları, ilkin yanğın təhlükəsizliyi qaydalarını və idarə olunması proseslərini ardıcıl şəkildə vizual olaraq izah edib. 

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb və praktiki nümunələr üzərində fikir mübadiləsi həyata keçirilib.


Mərkəzi Gömrük Hospitalının 

PR mütəxəssisi Dilarə Zamanova


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment