31 may-1 iyun 2025-ci il tarixlərində Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilatçılığı ilə “Kredit bazarında rəqabət analizi” təlimi keçirilmişdir.
Tədbirdə bankların 20-yə yaxın nümayəndəsi iştirak etmişdir. Uzunmüddətdir Türkiyə bazarında təlim və məsləhət xidmətləri təklif edən Çiğdem Güven tərəfindən təlim iştirakçılarına kredit bazarında rəqabəti necə təhlil edilməsinin effektiv üsullarını, xüsusilə biznes kreditləşməsi üzrə Azərbaycan-Türkiyə təcrübəsindəki yanaşmalar arasındakı fərqləri izah edilmişdir.
Sonda bütün iştirakçılar sertifikatla təltif edilmişdir.