Digər xəbərlər


“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalandı
03.06.2025

3-4 iyun 2025-ci il tarixində Seneqal Respublikasının dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukalın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti əsasında ölkəmizdə səfərdədir.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Hazırda Azərbaycanın intellektual brendinin 25-dən çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb. Ülvi Mehdiyev tərəflər arasında inkişaf edən əməkdaşlıq mühitindən məmnunluğunu və “ASAN xidmət” təcrübəsinin Seneqalda tətbiqi istiqamətində hər zaman dəstəyə hazır olduqlarını ifadə edib. Həmçinin tərəflər arasında imzalancaq əməkdaşlıq sənədinin bu münasibətləri daha da gücləndirəcəyi diqqətə çatdırılıb.

Seneqallı nazir “ASAN xidmət”in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. O, “ASAN xidmət”in dövlət xidmətləri istiqamətində peşəkarlıq və səmərəlilik səviyyəsi olduğunu, burada vətəndaşların işlərini sürətləndirmək üçün yaxşı imkanların yaradıldığını bildirib. Həmçinin əməkdaşlıq sənədi nəticəsində bu təcrübənin tezliklə Seneqalda tətbiqi ilə bağlı işlərin sürətləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətandaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Seneqal Respublikasının Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Memorandum “ASAN xidmət” təcrübəsinin Seneqal Respublikasında tətbiqini, eləcə də seneqallı dövlət qulluqçuları üçün "ASAN xidmət" mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Seneqal tərəfi ilə paylaşılmasını nəzərdə tutur.

Qonaqlar “ASAN xidmət” mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “Bilim Bakı” mərkəzinin, Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar.

Seneqal Respublikasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment