27.05.2025-ci il tarixində “Bakı Fond Birjası” QSC ilə “Unicapital İnvestisiya Şirkəti” ASC arasında “Unibank Kommersiya Bankı” ASC-nin AZ2018002025 dövlət qeydiyyat nömrəli istiqrazları üzrə marketmeyker müqaviləsi bağlanılmışdır. Bu müqavilə ilə “Unicapital İnvestisiya Şirkəti” ASC adıçəkilən istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq 5.00%-lik (beş faizlik) kotirovka spredi çərçivəsində alış və satış qiymətlərini müəyyən edir, eyni zamanda Birjanın ticarət sistemində öz hesabına 50 000 (əlli min) AZN ekvivalentindən az olmayaraq alış və satış öhdəlikləri həcmində müvafiq kotirovkaları təmin etməyi öz üzərinə götürür.
Qeyd edək ki, “Unibank Kommersiya Bankı” ASC-nin AZ2017002026 dövlət qeydiyyat nömrəli istiqrazları üzrə də marketmeyker “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.