Banklar


Rabitəbankın “Möcüzə Yarmarkası” uşaqlar üçün sevinc, cəmiyyət üçün ümid yaratdı
02.06.2025

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbank tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihəsi öz sonluğunu sevgi və ümid dolu bir görüşlə tamamlayıb. Layihənin yekun mərhələsi çərçivəsində Rabitəbank kollektivi “Ümid Yeri” Uşaq Sığınacağında yaşayan uşaqları ziyarət edərək onlarla unudulmaz bir gün keçirib.

Ziyarət zamanı uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, birlikdə bayram tortu kəsilib və əyləncəli oyunlar təşkil olunub. Sığınacaqda yaşayan uşaqlar üçün bu görüş həm sevinc dolu anlar, həm də onlara dəyər verildiyini hiss etdikləri xüsusi bir günə çevrilib.

“Möcüzə Yarmarkası” Rabitəbank əməkdaşlarının və onların övladlarının iştirakı ilə həyata keçirilib. Layihə çərçivəsində təşkil olunan yarmarkada müxtəlif məhsullar satılıb. Toplanan vəsait isə əməkdaşların və onların övladlarının təşəbbüsü ilə “Ümid Yeri” Uşaq Sığınacağında yaşayan balacalar üçün hədiyyələr alınmasına sərf olunub.

Rabitəbank bu təşəbbüsü ilə bir daha sübut etdi ki, sosial məsuliyyət yalnız maddi dəstək deyil, həm də mənəvi körpülərin qurulması, cəmiyyətin həssas təbəqələrinin yanında olmaqdır. Layihə eyni zamanda bank kollektivi üçün də dəyərli bir mənəvi təcrübəyə çevrilərək həmrəyliyi gücləndirib, xoş niyyətin birləşdirici gücünü göstərib.

Rabitəbank fəaliyyəti dövründə hər zaman müxtəlif sosial layihələrlə cəmiyyətin fərqli təbəqələrinə dəstək göstərir. “Möcüzə Yarmarkası” təşəbbüsü isə həm uşaqlara sevinc bəxş edib, həm də cəmiyyətə ümid mesajı verib.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment