Banklar


Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbankdan sosial məsuliyyət nümunəsi
30.05.2025

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbank sosial məsuliyyət və ailə dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirib. Bank tərəfindən gələcəyin təminatçısı olan uşaqların maariflənməsi və sağlam cəmiyyətin qurulması istiqamətində silsilə tədbirlərdən ibarət layihə gerçəkləşdirilib.

Bankın təşəbbüsü ilə həyata keçirilən layihənin əsas məqsədi – uşaqların maliyyə savadlılığını artırmaqla yanaşı, onlarda sahibkarlıq ruhunu formalaşdırmaq, paylaşma və sosial məsuliyyət kimi dəyərləri aşılamaq olub. İki mərhələdən ibarət olan bu təşəbbüs, həm öyrədici, həm də mənəvi baxımdan zəngin bir təcrübə yaradıb.

Layihənin ilk mərhələsində Rabitəbankın əməkdaşlarının övladları üçün maliyyə savadlılığı üzrə xüsusi təlim keçirilib. Uşaqlar interaktiv oyunlar, real həyat simulyasiyaları və əyləncəli tapşırıqlar vasitəsilə pulun idarəolunması, qənaət, büdcə planlaması və düzgün xərcləmə kimi həyati vacib bacarıqları öyrəniblər.

İkinci mərhələdə uşaqlar qazandıqları bilikləri təcrübədə tətbiq edərək “Möcüzə Yarmarkası”nda iştirak ediblər. Bankın əməkdaşlarına öz hazırladıqları əl işlərini və məhsulları təqdim edən balacalar, satış bacarıqları, müştəri məmnuniyyəti və təşəbbüskarlıq prinsiplərini praktik şəkildə öyrəniblər. Bu təcrübə, onların azyaşlı sahibkarlar kimi özlərinə olan inamını artırıb.

Layihənin ən təsirli məqamlarından biri isə uşaqların və valideynlərinin əldə olunan gəlirin bir hissəsini uşaq sığınacağında yaşayan həmyaşıdları üçün hədiyyələr almağa sərf etməsiolub. Bu jest, layihənin yalnız iqtisadi deyil, eyni zamanda mənəvi və sosial dəyər daşıdığını bir daha göstərib. Uşaqlar paylaşma və sosial məsuliyyət hissini real həyatda tətbiq edərək cəmiyyətə faydalı fərdlərə çevrilmək yolunda ilk addımlarını atıblar.

Rabitəbank hər zaman gələcək nəsillərin həm maliyyə biliklərini, həm də mənəvi dəyərlərini eyni zamanda inkişaf etdirmək istiqamətində sadiqliyini qoruyur. Buna görədə bank təhsil təşəbbüslərində uşaqlara maliyyə bacarıqları ilə yanaşı, həm də sosial məsuliyyət hissini aşılayan layihələr həyata keçirir. Bank gələcəkdə də bu istiqamətdə innovativ və təsirli proqramlar icra edərək, cəmiyyətin inkişafına və daha güclü nəsillərin yetişməsinə töhfə verməkdə davam edəcək.







Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment