Banklar


TuranBank DOST Agentliyi ilə birgə həssas qrupdan olan uşaqları sevindirib
30.05.2025

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti aksiyaya imza atıb.

Belə ki, Bank DOST Agentliyinin “Könüllü DOST” proqramıçərçivəsindəDOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə autizm, daun sindromlu uşaqlar, həmçinin şəhid ailələrinin övladlarının sosial inteqrasiyasını təşviq etmək, onların yaradıcılıq və bacarıqlarını inkişaf etdirmək, həmçinin 1 İyun -  Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar cəmiyyətin diqqətini onların hüquqlarına və ehtiyaclarına yönəltmək məqsədilə tədbir keçirib. 








50 nəfər həssas kateqoriyadan olan uşaqların iştirak etdiyi tədbir 3 istiqamətdə davam edib. “Dünyanı öz rənginə boya” adı altında uşaqlar strafor materialdan hazırlanmış böyük dünya üzərində xəyal dünyalarını əks etdirən şəkillər çəkib,  tədbirin ikinci hissəsində isə uşaqlarla DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həyətində ekoterapiya fəaliyyəti həyata keçirilərək güllər əkilib. Tədbirin üçüncü hissəsində “Ritm hər kəs üçündür” adı altında rəqs master-klassı keçirilib.Sonda uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur.  Bundan sonra da Bank gələcəyimiz olan uşaqlara dəstək layihələrini, o cümlədən sosial həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalarını davam etdirəcək.

TuranBank

Bizimlə etibarlıdır...


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment