Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq uyğun olaraq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2025-ci il üçün Tədbirlər Planı”na uyğun olaraq Tibbi Xidmət İdarəsinin antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı 2025-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı 16 may 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib.
Təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilik bazası”, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Korrupsiya ilə mübarizənin səhiyyə üçün zərurliyi” və Mərkəzi Gömrük Hospitalının Planlaşdırma və Marketinq şöbəsinin marketinq üzrə mütəxəssisi Salva Rüstəmova“Hospitaldaxili proqram təminatında aparıla biləcək qanunsuz müdaxilələrin qarşısının alınması” mövzularında çıxış ediblər.
Məruzəçilər çıxışlarında “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda əks olunmuş müvafiq müddəaların tibb müəssisələrində tətbiqindən, xüsusilə də səhiyyə sektorunda şəffaflığın artırılması və ictimai etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıblar. Xidmətlərin göstərilməsi, dərman və tibbi ləvazimatların qeydiyyatı kimi sahələrdə mümkün sui-istifadə hallarının qarşısının alınması, bu proseslərin hüquqi və etik çərçivədə aparılmasının vacibliyi tədbirin əsas vurğularından olub. Tədbir iştirakçıları, həmçinin, korrupsiyaya qarşı effektiv mübarizənin yalnız hüquqi tənzimləmə ilə deyil, eyni zamanda hər bir əməkdaşın şəxsi məsuliyyət və vicdanlı davranışı ilə mümkün olduğuna xüsusi diqqət çəkiblər.