Banklar


EBRD və Unibank Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək
16.05.2025

Unibank və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında ticarət əməliyyatlarının dəstəklənməsinə yönəlmiş yeni tərəfdaşlıq razılaşması əldə olunub. EBRD Azərbaycanda ilk dəfə “Unibank”a Ticarətin Asanlaşdırılması Proqramı (TFP) çərçivəsində 5 milyon ABŞ dolları (təxminən 4.4 milyon avro) məbləğində maliyyələşmə limiti ayırıb. Azərbaycanın sistem əhəmiyyətli banklarındanbiri olan “Unibank”la bu razılaşma EBRD-nin Londonda keçirilmiş 2025-ci il İllik Yığıncağı çərçivəsində imzalanıb.

Bu əməkdaşlıq “Unibank”a özəl sektorun beynəlxalq ticarət əməliyyatlarını daha effektiv şəkildə maliyyələşdirməyə və dünya bankları ilə əlaqələri genişləndirməyə imkan verəcək. Eyni zamanda, bu təşəbbüs ölkənin qeyri-neft sektorunun inkişafına və idxal-ixrac əməliyyatlarının artmasına dəstək verir.

EBRD-nin Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə Maliyyə İnstitutları Direktoru Corc Orlov bildirib:“Londonda keçirilən EBRD İllik Yığıncağında “Unibank”dan olan həmkarlarımızıqarşılamaqdan məmnunam. Bu, bu il ərzində imzaladığımız ikinci razılaşmadır və bu dəfə xarici ticarətin dəstəklənməsi məqsədilə ticarət maliyyələşməsi xəttini açırıq. Əminəm ki, bu əməkdaşlıq “Unibank”ın ticarət maliyyələşməsi sahəsində fəaliyyətini genişləndirməsinə və Azərbaycanda ixrac-idxal əməliyyatlarının inkişafına töhfə verəcək.”

Unibank KB-nin Baş İnvestisiya İnzibatçısı Emin Rəsulzadə bildirib: “EBRD ilə əməkdaşlığımızın daha bir mərhələyə keçməsi bizim üçün qürurvericidir. Müştərilərimizin xarici ticarət əməliyyatlarının inkişafı istiqamətində atdığımız addımların belə nüfuzlu bir institut – EBRD tərəfindən tanınması və dəstəklənməsi bizim üçün böyük önəm daşıyır. Bu tərəfdaşlıq, “Unibank”ın Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəlmiş strategiyasında mühüm yer tutur”. 

EBRD-nin Ticarətin Asanlaşdırılması Proqramı hazırda 27 ölkədə fəaliyyət göstərir və 125-dən çox emissiya bankı, 800-dən artıq təsdiqləyici bankdan ibarət geniş şəbəkəni əhatə edir. Proqram yerli banklara təqdim olunan zəmanətlər vasitəsilə beynəlxalq ticarəti asanlaşdırır və yeni bazarlara çıxışı təşviq edir. EBRD Azərbaycanda aparıcı institusional investorlardan biridir – bank bu günədək ölkə iqtisadiyyatının müxtəlif sahələrində təxminən 4 milyard avro məbləğində 200-ə yaxın layihəyə sərmayə qoyub. Bankın yenilənmiş Azərbaycan strategiyası ölkənin qeyri-neft sektorunun və yerli maliyyə institutlarının dəstəklənməsinə, eləcə də yaşıl iqtisadiyyata sərmayələrin artırılmasına yönəlib.

“Unibank” KB ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. 33 ilə yaxın fəaliyyət dövründə Bank həm fiziki şəxslərə, həm də korporativ müştərilərə geniş çeşiddə bank xidmətləri göstərir. Unibank rəqəmsal bankçılıq və sahibkarlığın dəstəklənməsi sahəsində həyata keçirdiyi layihələrlə tanınır. Bank beynəlxalq tərəfdaşlıqlara açıqdır və xarici maliyyə institutları ilə əməkdaşlıq edərək yerli biznes üçün yeni maliyyə imkanları yaradır.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment