Banklar


Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət: “She’s Next” təşəbbüsünə qoşulun 15 000 AZN qazanmaq şansına sahib olun
16.05.2025

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn “She’s Next” qlobal təşəbbüsünün üçüncü dalğasına start verir.

16 may 2025-ci il tarixindən etibarən başlanan layihə çərçivəsində xanım sahibkarlar üçün “Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı keçiriləcək. Proqram 2 kateqoriya üzrə baş tutacaq. 

Kiçik və Orta bizneslər: Bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200 000 manatdan az olmayan sahibkar xanımlar müraciət edə bilərlər. 

Mikro bizneslər: Bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200 000 manatadək olan sahibkar xanımlar müraciət edə bilərlər.  

Mükafat fondu 60 000 manat olan müsabiqə çərçivəsində iştirakçılar münsifələr heyətinə bizneslərinin inkişaf planınıtəqdim etməlidirlər. Bundan öncə onlar proqramın 4 əsas mərhələsini tamamlamalıdırlar. Belə ki, ilk onlayn tədris mərhələsində iştirakçılar bazar araşdırması, marketinq və satış, biznes fəaliyyətinin hüquqi aspektləri, strateji planlama və digər mövzular üzrə video mühazirələrdən yararlana biləcəklər. Mühazirələr 21 may 2025-ci il tarixindən etibarən “She’s Next” rəqəmsal platformasında yerləşdiriləcək.

Mühazirələri dinləyib test mərhələsini uğurla tamamlayan iştirakçılar 13 iyun 2025-ci il tarixinədək müsabiqə mərhələsi üçün ərizə verə bilərlər. Bu mərhələdə iştirakçının motivasiya məktubu və biznesinə dair video təqdimat göndərməsi mütləqdir. 2-ci mərhələnin dəyərləndirməsinin ardından 10 finalçı mentorluq sessiyalarına qoşulmaq şansı əldə edəcək. Bu mərhələdə Azərbaycanın aparıcı biznes ekspertləri mentor qismində finalçılarla fərdi sessiyalar keçirəcəklər.

Final mərhələsi isə11 iyul 2025-ci il tarixində Bakıda baş tutacaq. Son mərhələdə finalçılar öz layihələrini peşəkar münsiflər heyətinə təqdim edəcəklər. Hər kateqoriyada 3 qalib biznesinin inkişafı üçün pul mükafatı əldə edəcək. Üçüncü yerin sahibi 5000 manata, ikinci yerin sahibi 10 000 manata, layihənin  birincisi isə əsas mükafata 15 000 manata sahib olacaq. 

Qeyd edək ki, müsabiqədə iştirak üçün 10 iyun 2025-ci il tarixinədək proqramın saytındanərizə ilə müraciət etmək lazımdır.

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Aşağı faizli mikro və biznes kreditləri, zaminsiz maliyyələşmə imkanları, POS terminallar, sürətli ödəniş sistemləri və digər rəqəmsal xidmətlər bu imkanlara daxildir. Bank üçün prioritet istiqamətlərdən biri rəqəmsal xidmətlərin, xüsusilə də mobil bankçılığın inkişafıdır. Azərbaycanda mikrokreditlərin tam onlayn verilməsini də ilk dəfə Birbank Biznes həyata keçirib. Biznes kartları vasitəsilə sahibkarlar bütün biznes xərclərini asanlıqla və nağdsız şəkildə həyata keçirə bilirlər. Eyni zamanda 300 000 AZN-dək rəqəmsal ani kredit, sürətli və funksional onlayn bankçılıq, eləcə də lizinq və zəmanət məhsulları ilə müştərilərin maliyyə ehtiyacları operativ şəkildə qarşılanır. Qeyd edək ki, son iki ildə Birbank Biznes-in onlayn kanalları vasitəsilə bankın müştərisi olan qadın sahibkarların sayı 1.5 dəfə artıb. Eyni zamanda, qadın sahibkarlara verilən mikro kreditlərin ümumi məbləği 5 dəfə çoxalıb. Bütün bunlar qadınların biznesə olan marağının və onların maliyyə əlçatanlığına çıxış imkanlarının genişləndiyini göstərir. Ətraflı məlumat üçün: https://birbank.business/

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment