13 may 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiası (ABA) və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) nümayəndələri arasında görüş keçirilmişdir.
ABA-nın nəzdində fəaliyyət göstərən “Kredit işi Ekspert Qrupu” və “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvlərinin və sahibkarların da iştirakı ilə keçirilən görüşdə kreditlər şərtləri və prosedurlar, eləcə də təminat məsələlələri, ümumilikdə kreditləşmə prosesi zamanı ortaya çıxan digər çağırışlar və onların həlli yolları müzakirə edilmişdir.
İclas zamanı sahibkarların məlumatlandırılması məqsədi ilə bu növ görüşlərin gələcəkdə də davam etdirilməsinə qərar verilmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.