Banklar


Banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsinin (AZIR) hesablanması və açıqlanması üzrə yeni qaydalar təsdiq olunub
15.05.2025

Məlum olduğu kimi, 2023-cü il mayın 1-dən etibarən banklararası təminatsız pul bazarında bençmark faiz dərəcəsi olan AZIR (Azerbaijan Interbank Rate) indekslərinin gündəlik əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanmasına başlanılıb. Ötən 2 ildə AZIR indekslərinin dinamikası aktiv banklararası təminatsız pul bazarının mövcudluğunu və bank sektorunda likvidliyin səmərəli idarə olunmasını göstərir. AZIR indeksi pul siyasətinin ötürücülüyünün monitorinqinin mühüm göstəricisi hesab olunur. Ötən müddətdə pul siyasəti alətlərinin kəmiyyət parametrlərinə dair qərarlar əsasən 1 günlük AZIR indeksinə əsaslanmaqla qəbul edilib. 2023-cü ilin noyabrından etibarən 1 günlük AZIR indeksi Mərkəzi Bank tərəfindən müəyyən edilmiş faiz dəhlizi daxilində idarə olunmuşdur ki, bu da pul siyasətinin ötürücülüyündə faiz kanalının gücləndiyini nümayiş etdirir. Aparılmış təhlillər göstərir ki, AZIR indekslərinin dəyişimi depozit və kredit faizlərinə də təsir göstərməyə başlayıb. Bu o deməkdir ki, AZIR indeksinin maliyyə alətləri, o cümlədən kreditlər və istiqrazlar üçün istinad faiz dərəcəsi kimi istifadə olunmasının əsası qoyulub.

Mərkəzi Bank ötən dövrdə banklararası pul bazarında gedən proseslərin təhlilini və qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində AZIR indeksinin hesablanmasının yeni və daha təkmil qaydalarını hazırlayaraq təsdiq edib. Bu qaydalar özündə bir sıra yenilikləri ehtiva edir.

İndeksin əsassız kəskin dəyişkənliyinə imkan verməmək üçün yeni metodologiyada orta bazar faizlərindən kəskin fərqlənən faiz dərəcələri ilə bağlanılmış əqdlərin ən yüksək və ən aşağı faizlərlə bağlanılmış 10%-lik hissəsinin hesablamadan çıxarılması nəzərdə tutulur. Eləcə də, yeni qaydalarda tələb olunan həcmlərdə və sayda əməliyyatların olmadığı günlərdə də AZIR-in dərcinin davamlılığı üçün ehtiyat hesablama planları nəzərdə tutulub. AZIR-in dərcində fasilələrin aradan qaldırılmasına yönəlmiş dəyişikliklər AZIR-in istinad dərəcəsi kimi pul bazarının iştirakçıları tərəfindən davamlı istifadəsinə xidmət edir. AZIR-in istinad faiz dərəcəsi rolunda çıxış etməsi yerli pul bazarının digər seqmentlərində faizlərin formalaşması baxımından da mühümdür. Yeni metodologiya ilə hesablanan AZIR indeksi Mərkəzi Bankın pul siyasətinin yardımçı əməliyyat hədəfi kimi istifadə ediləcəkdir.

Yeni qaydalar həm də müxtəlif müddətlər üzrə toplanan (compounded) faizli AZIR dərəcələrinin hesablanaraq açıqlanmasını nəzərdə tutur. Yeni metodologiyaya uyğun olaraq 30, 90 və 180 günlük dövr üzrə toplanan faizli AZIR dərəcələri müvafiq dövr ərzində açıqlanmış günlük AZIR-lərin əsasında hesablanacaq. Bu indekslər müvafiq olaraq ötən 30, 90, 180 günlük dövr ərzində gündəlik olaraq açıqlanmış faiz dərəcələri əsasında formalaşdığı üçün onların qeyd edilən ötən dövrlər üzrə AZIR-in orta dinamikasını xarakterizə edən statistik göstəricilər olduğu nəzərə alınmalıdır. Bunlardan əlavə, gündəlik açıqlanan AZIR dərəcəsi əsasında baza tarixi 01.11.2024-cü il olmaqla Toplanan Faizli Artan İndeksin də açıqlanması nəzərdə tutulur. Bu indeks bazar iştirakçılarına istənilən qeyri-standart istinad dövrü üçün toplanan faizli AZIR dərəcələrini hesablamağa imkan verəcəkdir.

Yeni yanaşma əsasında hesablanacaq AZIR dərəcəsi 2025-ci ilin may ayının 15-dən etibarən Mərkəzi Bankın rəsmi internet səhifəsində dərc olunacaq.


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment