Banklar


Unibank “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşulub
15.05.2025

Unibank, dayanıqlı maliyyənin təşviqi və məsuliyyətli bankçılıq prinsiplərinin tətbiqi sahəsində növbəti addımını ataraq,Yaşıl İnvestisiya Prinsipləri (Green Investment Principles – GIP) təşəbbüsünə üzv olub.

GIP – maliyyə institutlarının ətraf mühit, sosial və idarəetmə (ESİ) amillərinin qərar vermə proseslərinə inteqrasiya etməsini təşviq edən beynəlxalq platformadır. Unibank bu üzvlüklə dayanıqlı inkişafa dəstək vermək və yaşıl maliyyə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək öhdəliyini bir daha nümayiş etdirir.

Unibank KB İdarə Heyətinin sədri Fərid Abuşov bu barədə bildirib: “Yaşıl İnvestisiya Prinsiplərinə qoşulmağımız, “Unibank”ın dayanıqlı maliyyə və məsuliyyətli bankçılığa sadiqliyinin göstəricisidir. Maliyyə sektorunun iqlim və ekoloji çağırışların həllində mühüm rol oynadığına inanırıq və bu istiqamətdə beynəlxalq əməkdaşlığa töhfə vermək dayanıqlılıq yanaşmamızın bir hissəsidir.”


GIP üzvü olaraq Unibank aşağıdakı istiqamətlər üzrə fəaliyyətini gücləndirəcək:

* ESİ meyarlarının investisiya və kredit siyasətinə daxil edilməsi;

* Dayanıqlılıq üzrə şəffaf hesabatlılığın təmin olunması;

* Yaşıl maliyyə təşəbbüslərinin təşviqi üçün tərəfdaşlarla əməkdaşlıq.


Yaşıl İnvestisiya Prinsipləri maliyyə institutlarına dayanıqlı inkişaf məqsədlərini dəstəkləmək və dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına töhfə vermək üçün çərçivə təqdim edir. “Unibank”ın bu təşəbbüsə üzvlüyü, dayanıqlılığın bankın biznes strategiyasına inteqrasiya edilməsi istiqamətində atılmış proaktiv bir addımdır.

Unibank- Sənin Bankın!


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment