Banklar


Kapital Bank-da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
14.05.2025

Ölkənin birinci bankı Kapital Bank gənclərin, xüsusən də tələbələrin yeni təcrübələr qazanmasına və şəxsi inkişafına dəstək olmağa davam edir. Bu dəfə bank daxilində dörd ali məktəbin tələbələri üçün xüsusi təlimlər təşkil edilib. Gənclərin maliyyə və müştəri təcrübəsi sahələrində biliklərinin artırılması məqsədi ilə həyata keçirilən layihə ötən həftə baş tutub. 

İlk olaraq Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan ekskursiyada ali məktəbin tələbələri bankın maliyyə şöbələri ilə tanış olublar.Təlim hissəsində tələbələr maliyyə uçotu, daxili mühasibatlıq, maliyyə təhlili və idarəetmə, maddi motivasiya, requlyativ hesabatlıq sahələrində tətbiq edilənən son yeniliklərlə tanış olub, onları maraqlandıran suallara cavab alıblar. 

“CX day” adlı növbəti layihə isə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri üçün təşkil edilib. Tədbir çərçivəsində bankın ekspertləri müştəri təcrübəsinin analizi və öyrənilməsi, məhsulun yaradılması və inkişafında müştəri təcrübəsinin rolu mövzusunda öz biliklərini tələbələrlə paylaşıblar. Həmçinin, bu istiqamətdə karyera qurmaq şəxsi inkişaf strategiyası da onlara təqdim edilib. 

Bank gənc kadrların inkişafına yönəlmiş təşəbbüslərlə onların karyera yolunda daha da irəliləmələrinə yardım etməyi və peşəkar inkişaflarına dəstək olmağı hədəfləyir. Qeyd edək ki, layihələr davamlıdır və il sonunadək digər tələbələr də bu təcrübədən faydalana biləcəklər. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment