Digər xəbərlər


Dövlət dəstəyi ilə 10-a yaxın sahibkar “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində
14.05.2025

KOB subyektlərinin məhsul və xidmətlərinin tanıdılması məqsədilə KOBİA tərəfindən xüsusi stend qurulub. 

Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgiləri keçirilir. 

Bu il də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə mikro və kiçik sahibkarlar ödənişsiz olaraq sərgidə məhsul və xidmətlərini təqdim edirlər.KOBİA-nın təmin etdiyi dövlət dəstəyi hesabına yaradılmış xüsusi stenddə 10-a yaxın mikro və kiçik sahibkarlıq subyekti tərəfindən müxtəlif konservlər, siroplar, şirniyyatlar, təbii sirkə, kərə yağı, şərab, bal, toxum və gübrə, suvarma sistemləri və digər yerli məhsullar nümayiş olunur. Həmçinin stenddə KOB subyektlərinə satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurması üçün müxtəlif işgüzar görüşlərin keçirilməsi məqsədilə imkan yaradılıb.

KOBİA-nın stendində məhsul və xidmətlərini təqdim edən KOB subyektlərinin əksəriyyəti ilk dəfədir ki, “Caspian Agro” və “InterFood Azerbaijan” kimi ixtisaslaşmış sərgilərdə iştirak edirlər. Sərgilərdə iştirak KOB-lara brendlərini tanıtmağa, satış imkanlarını genişləndirməyə,müştəri və təchizatçılarla əlaqələr qurmağa imkan verir. 2018-ci ildən etibarən 1500-dən çoxmikro, kiçik və orta sahibkarlıq subyektinin, startapın müxtəlif ixtisaslaşmış yerli və xarici sərgilərdə, yarmarkalarda iştirakına KOBİA tərəfindən dəstək göstərilib. Agentlik “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərinə dəstək göstərən qurumlar sırasındadır.

Qeyd edək ki, “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgiləri16 may tarixinədək davam edəcək.Sərgilərdə ümumilikdə bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, qənnadı məmulatları, meyvə-tərəvəz, şirələr, çay, süd və süd məhsulları, kənd təsərrüfatı və qida sənayesi üzrə avadanlıqlar, eləcə də müvafiq sektorlar üzrə xidmətlər və s. təqdim edilir. 

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment