Digər xəbərlər


Marketinq strategiyası ilə yüksək performansa və uğurlu nəticələrə nail olmaq üçün şəxsi brend kimi formalaşmaq
13.05.2025

Bu dəfə brend sənsən.Fərqlən .Tanın. Təsir et. Hər kəsin bir hekayesi var ama onu kim necə təqdim edir-  fərqi yaradan budur.

İlk addım özünü bir brend kimi formalaşdırmaqdır –  “Brend”  nece göründüyünüz və yaddaşda necə qalmağınızdır.Karyerada uğurlu nəticələrə nail olmaq özünü yaxşı tanımaqdan başlayır. 

Marketinqdə brend  fəlsəfəsi rezonans yaratmaq yəni təşkilat  və cəmiyyət arasında xüsusi bir bağdı.Eyniamanda insanların özlərinə də aiddir, beləki, özlərini brend kimi formalaşdırmaqla başqalarının yaddaşında bir hekayə və görünüşlə rezonans yaratmaqdır. 

Bu hekayə, sizin başqalarının gözündə qazandığınız reputasiya ilə bağlıdır və buna təcrübəniz, bacarıqlarınız, təhsiliniz, şəxsiyyətiniz, səs tonunuz, özünüzü necə təqdim etdiyiniz və hətta istifadə etdiyiniz dil daxildir. Beləliklə, şəxsi brend, kim olduğunuz və nə ilə tanınmaq istədiyiniz arasındakı kəsişmədə yerləşir. Bununla siz başqalarına getmək istədiyiniz yeri, eyni zamanda hədəfinizi də görməyə kömək edir, bu isə sizə təkcə indiki hekayənizi deyil, gələcək hekayənizi də idarə etməyə imkan verir.

Özünü nece təqdim edirsən.. 

Liderlik – mühakimə etmədən dinləmək, empati qurmaq və münasibətləri qorumaq sənətidir. Daxili sabitliyi qoruyaraq komanda daxilində etimad və əməkdaşlıq mühitinin yaradılması həm şəxsi inkişafın, həm də kollektiv uğurun təməlidir.

Yaxşı lider olmaq hər kəsin işində və evdə şüurlu şəkildə uğur və xoşbəxtliyinə töhfə verməkdir.Həyatda rastlaşdığımız hər vəziyyətdə sağlam mühit yaratmağımız böyük əhəmiyyət kəsb edir. Qarşılaşdığınız hadisə,yaranmış konflikt və ya narazıçılıq zamanıətrafla, işdə komanda ilə balansı necə qurmaq lazımdır?Anlıq davranışla özümüzü  və ətrafımızı balansda saxlayaraq daha çox mühakimə etmədən yanaşmağa çalışmaq və hadisəyə fokuslanmaq  lazımdır.

Hücum-  Başqalarını günahlandırmaq,mühakimə etmək, cəzalandırmaq, şikayət etmək -  insanları nə qədər çox mühakimə etsək, onları sevməyə bir o qədər az vaxtımız olur.

Özünü günahlandırmaq  - özümüzü mühakimə edib, qurbanı oynamaq, zəkanın ən yüksək forması mühakimə etmədən özümüzü müşahidə etmək bacarığıdır.

Gözləyib, araşdırmaq vəəlaqə qurmaq – burada özümüzü aqresiv olmayan şəkildə araşdırıb nəticə çıxara bilirik, öz eqomuzu kənara qoyuruq,  başqalarının ehtiyacı, şəfqət, anlayış, empatiya ilə fikirləşirik. Məsələn –qarşımda olan bu insan üçün nə vacibdir və görmədiyim bir sey varmı kimi suallarla başqa prespektivlərə baxmağa, qulaq asmağa-dinləməyə, müxtəlifliyi qəbul etməyə, tolerant olmağa əsaslanır. Aristotel: özünü tanımaq müdrikliyin başlanğıcıdır.

Yüksək performans üçün ilk növbədə aydın məqsədlər təyin etmək vacibdir.

Məqsədlər - hara getdiyinizi, hər hansı potensial çətinlikləri necə dəf edəcəyinizi və onu saxlamaq üçün nəyə ehtiyacınız olduğunu anlamağa kömək edir.

Aydın və həyata keçirilə bilən məqsədlər keyfiyyəti yaxşılaşdırmağa kömək edə bilər. Məqsədlərinizi nə qədər diqqətlə müəyyənləşdirsəniz, istədiyinizə nail olmaq ehtimalınız bir o qədər yüksəkdir:

Gündəlik iş məqsədləri -başlanğıc olaraq, gündəlik işlərinizdə edə biləcəyiniz ən azı bir yeniliyi adlandırın ki, bu da ümumi effektivliyinizdə fərq yaradacaq. 

Problemin həlli məqsədləri işçilərin aşağı əhval-ruhiyyəsi və ya xidmətin keyfiyyəti problemləri kimi xüsusi problemləri həll edir;

İnkişaf və İnnovasiya məqsədləri  Beləliklə, ən azı bir inkişaf məqsədini formalaşdırmaq üçün yeni bacarıq və təcrübə əldə etməyə təşviq edir.

Ardı var

Məmmədova Gülü –Mərkəzi Gömrük Hospitalı Marketinq üzrə mütəxəssis


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment