Digər xəbərlər


Bakıda IATA-nın Aviasiya Enerji Forumu işə başladı
13.05.2025

Bakıda Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) tərkibində fəaliyyət göstərən “Azərbaycan Hava Yolları”nın (AZAL) dəstəyi ilə IATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Aviasiya Enerji Forumu (AEF) işə başlayıb. Azərbaycanın ev sahibliyi etdiyi bu mühüm beynəlxalq tədbir 2025-ci il13-15 may tarixlərində keçirilir. 

Qafqaz və Xəzər dənizi regionunda ilk dəfə keçirilən AEF dünyanın aviasiya yanacağı icması üçün əsas sənaye görüşüdür.Bu,aviaşirkət nümayəndələrinə,yanacaq və Dayanıqlı Aviasiya Yanacağı(SAF) təchizatçılarına və IATA-nın digər strateji tərəfdaşlarına müasir aviasiyanın qarşısında duran enerji çağırışlarını müzakirə etmək və bu sahədə qlobal əməkdaşlığı gücləndirmək üçün unikal bir platformadır. Həmçinin bu platforma 2050-ci ilə qədər aviasiyanın sıfır CO2 emissiyası məqsədinə çatmaq üçün iş birliyi qurulmasına da imkan yaradır.

Açılış mərasimində AZAL QSC-nin prezidenti Samir Rzayev beynəlxalq aviasiya yanacağı sənayesinin ən nüfuzlu tədbirlərdən biri olan AEF-ə ev sahibliyi etməyin əhəmiyyətini vurğuladı:

“Bu mühüm forumun Bakıda təşkil olunması ölkəmizin qlobal aviasiya sektorunda və enerji keçidində artan strateji rolunun göstəricisidir və Azərbaycanın dayanıqlı aviasiya gündəminin formalaşmasında fəal iştirakını təsdiqləyir. Dayanıqlı aviasiyaya və “Net Zero” hədəfinə aparan yol innovativ enerji həllərinin sinerjisini tələb edir və bu həllər yalnız təcrübə mübadiləsi və güclü tərəfdaşlıqlar nəticəsində mümkün ola bilər. Ölkəmizin növbəti dəfə qlobal əməkdaşlıq üçün vacib platforma rolunu oynamasından qürur və məmnunluq duyuruq. AZAL isə, öz növbəsində, aviasiya sənayesinin dekarbonizasiyasını dəstəkləməyə sadiq qalacaq, eyni zamanda öz dayanıqlılıq gündəliyini davamlı şəkildə inkişaf etdirəcəkdir.”

Forumda 60-dan çox ölkənin və 70-dən çox aviaşirkətin nümayəndələri, ümumilikdə 800-ə yaxın qeydiyyatdan keçmiş iştirakçı bir araya gəlib. 13-15 may tarixlərində AEF çərçivəsində bir sıra panel müzakirələr, həmçinin texniki və kommersiya mövzularına dair sessiyalar keçiriləcək. Bundan əlavə, iştirakçılar sərgi zonasında sponsorlarla görüşmək, innovativ yanaşmalarla tanış olmaq və yeni əməkdaşlıqlar qurmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, qlobal aviasiya yanacaq cəmiyyətinin aparıcı sənaye tədbiri olan AEF yalnız dəvət olunmuş IATA üzvləri və IATA-nın yanacaq sektorundakı strateji tərəfdaşları üçün nəzərdə tutulub.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment