Digər xəbərlər


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş
10.05.2025

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ana və Uşaq Sağlamlığı: Mövcud Problemlərə Müasir Baxış" mövzusunda beynəlxalq elmi-konfrans keçirilib

8 may 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının və “Ascent” şirkətinin dəstəyi ilə Masallı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ana və Uşaq Sağlamlığı: Mövcud Problemlərə Müasir Baxış" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Konfransın elmi hissəsində Azərbaycan, Türkiyə və İngiltərənin aparıcı tibb müəssisələrində çalışan yüksəkixtisaslı mütəxəssislər təqdimatlarla çıxış ediblər. 

Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d. Prof. Dr. Leyla Rzaquliyevanın və Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqu Fidan İsrafil-Bəylinin moderatorluğu ilə “Mamalıq Patalogiyaları” mövzusunda birinci paneldə Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqu, t.ü.f.d. Fidan İsrafil-Bəyli “Böyük Britaniyanın universitet klinikasında vaxtından əvvəl doğuşlara müasir yanaşma”, Türkiyənin Avropa Asiya Mama-Ginekologiya Dərnəyinin rəhbəri, qadın xəstəlikləri və doğum uzmanı Məlahət Atasevər “Doğuşa yardım üçün istifadə olunan müasir mamalıq alətləri”, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d. Təranə Bayramova “Hamilələrdə hipertenziv vəziyyətlərə müasir baxış” mövzusunda, Laboratoriya şöbəsinin rəisi, b.ü.f.d. Səbinə İbrahimova “Reproduktiv endokrinologiyanın laborator diaqnostik təhlili” mövzularında çıxış ediblər. 

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi,t.ü.f.d. Dr. Təranə Bayramova və Avropa-Asiya Mama-Ginekologiya Dərnəyinin rəhbəri, qadın xəstəlikləri və doğum uzmanı Dr. Məlahət Atasevərin moderatorluğu ilə keçirilən “Ginekologiyada müasir müalicələr” mövzusunda ikinci paneldə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., Prof. Dr. Leyla Rzaquliyeva “Uşaqlıq boynu patologiyalarına müasir baxış”, Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloquFidan İsrafil-Bəyli “Böyük Britaniyada uroginekoloji mərkəzdə qadın cinsiyyət orqanlarının sallanması və sidikqaçırmanın diaqnostika və müalicəsinin müasir metodları”, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova “Müasir ginekologiyada lazer texnologiyası”və Türkiyənin Avropa Asiya Mama-Ginekologiya Dərnəyinin rəhbəri Məlahət Atasevər “Endometrial hiperplaziya, diaqnostika və müalicəsinə müasir yanaşma” mövzularında təqdimatlarla çıxış ediblər. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin neonatologiya üzrə mütəxəssis eksperti, Əməkdar həkimDr. Rüstəm Hüseynov  və Oksigen Klinik Xəstəxanası Fetal Görüntüləmə Mərkəzinin rəhbəriDr. Azər Fərəcin moderatorluğu ilə keçirilən“Neonatologiyada və Pediatriyada aktual mövzular” mövzusunda üçüncü panelində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov “Prenatal diaqnostika və təcili kardiak problemlər” mövzusunda, Türkiyənin Ankara Yıldırım Beyazıt Universitetinin Uşaq sağlamlığı və xəstəlikləri bölməsinin professoru Prof. Dr. Nihal Demirel “Yenidoğulmuşlarda PPH-yə (Persistan Pulmonar Hipertenziyaya) yanaşma-nələri bilməliyik?”, Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşova “Körpə uşaqlarda sancı-diaqnostika və yanaşma” və Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi, b.ü.f.d., Səbinə İbrahimova “Yenidoğulmuşlarda prokalsitonin və C-reaktiv zülalın diaqnostik əhəmiyyəti” mövzularında çıxış ediblər. 

Qeyd edək ki, konfransda yerli həkimlərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün panel müzakirələri və sual-cavab sessiyaları təşkil olunub. Konfransın hər bir iştirakçısına 7 DTT balı və sertifikat verilib.


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment