Digər xəbərlər


“Milli Proqram” çərçivəsində istifadəçilərin ən çox müraciət etdiyi 10 təlim
07.05.2025

“4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram” çərçivəsində vətəndaşlar daha çox süni intellekt və data elmi sahələrinə aid təlimlərə müraciət edirlər.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə təşəbüsü ilə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində bu günədək 7500 istifadəçi “Coursera” onlayn təhsil platformasında təlimlərdən yararlanıb.

İstifadəçilər ümumilikdə 40 min təlimə müraciət ediblər, 11000 təlim uğurla tamamlanaraq iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib. Müraciət olunan və tamamlanan təlimlərin 25%-dən çoxu süni intellekt və data elmi (data science) sahələrini əhatə edir.


4SİM proqram çərçivəsində istifadəçilərin platformada ən çox müraciət etdiyi ilk 10 təlimi müəyyən edib.

• Süni intellekt hamı üçün (AI For Everyone)

• Layihələrin idarə olunmasının əsasları (Foundations of Project Managements)

• Süni intellektə giriş (Introduction to Artificial Intelligence)

• Layihələrin idarə olunmasına giriş (Introduction to Project Management)

• Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work)

• Data elminin əsasları, data hər yerdə (Foundations : Data, Data, Everywhere)

• Uğurlu layihəyə necə başlamaq olar? (Project Initiation: Starting a Successful Project)

• Data elmi nədir? (What is Data Science?)

• Rəqəmsal transformasiyaya giriş (Introduction to digital transformation)

• Hamı üçün generativ süni intellekt (Generative AI for everyone)


Aprelin 1-dən start götürən “Milli Proqram” çərçivəsində 1 il ərzində on minlərlə vətəndaşın dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən ödənişsiz faydalanması nəzərdə tutulub. Məqsəd ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

İstifadəçilər onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, AWS, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 8000 təlimindən yararlana bilərlər. Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn, bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya sahələrinə dair təlimlər tədris olunur. “Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur.

Platformada IBM, “Google”, Deeplearning.AI, “Microsoft” kimi qabaqcıl texnologiya şirkətləri və Stenford, Pensilvaniya, London İmperial Kolleci də daxil olmaqla dünyanın nüfuzlu ali təhsil ocaqları tərəfindən hazırlanmış süni intellekt və data elmi sahələrinə aid 2300-ə yaxın təlim proqramı var.

“Milli Proqram”a qoşulmaq üçün vətəndaşlar https://form.4sim.gov.az linkindən keçid edərək qeydiyyatdan keçə bilərlər. SOCAR, “Pasha Holding”, bp və JOCAP şirkətləri “Milli Proqram”ın əsas tərəfdaşlarıdır.

Xatırladaq ki, ötən il pilot layihə olaraq həyata keçirilən “4Sİ Akademiyası” layihəsi çərçivəsində 10 000 nəfər 1 il ərzində növbəli şəkildə “Coursera” platformasında kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment