Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının uşaq cərrahiyyəsində nadir inkişaf qüsurların uğurlu müalicəsi və ixtisaslaşmış tibbi xidmət göstərilir
02.05.2025

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində 0–18 yaş arası uşaqlarda geniş spektrli cərrahi müdaxilələr müasir tibbi protokollara uyğun şəkildə həyata keçirilir. Şöbənin əsas fəaliyyət istiqamətlərinə boyun, döş qəfəsi, qarın boşluğu və anadangəlmə uroloji qüsurların cərrahi müalicəsi daxildir.Bölmədə endoskopik və radioloji diaqnostik metodlardan geniş şəkildə istifadə olunur. Bunlara endoskopiya, qastroskopiya, ezofaqoskopiya, bronxoskopiya, kolonoskopiya, həmçinin sistoqrafiya və bağırsaq-qida borusu rentgenoloji müayinələri daxildir.

Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, Avropa Uşaq Cərrahları Assosiasiyasının üzvü,uzman uşaq cərrahı Vüsal Cəfərov və uşaq cərrahı Dr.Toğrul Piriyev tərəfindən nadir və mürəkkəb anadangəlmə inkişaf qüsurlarının – qida borusu atreziyası, sidik kanalının darlığı, kloaka anomaliyası, bağırsaq atreziyası, omfalosel və sidik kisəsinin ekstrofiyası kimi patologiyaların açıq və laparoskopik üsullarla uğurla müalicəsi həyata keçirilir.

Yenidoğulmuşlarda icra olunan əsas əməliyyat və müalicələr:

Qida borusu və bağırsaqların atreziyası;

Anusun atreziyası;

Qarın içi kistaların cərrahi müalicəsi;

Böyrəklərin və sidik yollarının anadangəlmə inkişaf qüsurları;

Sidik kanalının darlığı və epispadiya;

Kriptorxizm;

Ağciyərlərin anadangəlmə kistik xəstəlikləri;

Qaraciyər, öd yolları, öd kisəsi, mədəaltı vəzi, dalaq və digər orqanlara aid cərrahi patologiyalar;

Fəxrlə bildiririk ki, sidik axarının laparoskopik refluks əməliyyatı ölkəmizdə ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində uğurla həyata keçirilmişdir.

Şöbə yalnız cərrahi xəstəliklərlə deyil, bəzi uroloji və qastroenteroloji problemlərin də müalicəsində yüksək ixtisaslı tibbi xidmət təqdim edir. Bunlara aşağıdakılar daxildir:

Xroniki qəbizlik

Anal fistulalar və abseslər

Qastroezofageal reflüks xəstəliyi

Sidik və nəcis qaçırma problemləri

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsi valideynlərə və kiçik pasiyentlərə multidissiplinar, keyfiyyətli və etibarlı tibbi xidmət göstərməyi əsas məqsəd olaraq qəbul edir.



Mərkəzi Gömrük Hospitalının 

PR mütəxəssisi Dilarə Zamanova

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment