"Kapital Bank" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır
01.05.2025
24 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 02.05.2025-ci ildə başlayaraq, 20 təqvim günün ərzində aparılıb, mayın 21-də yekunlaşacaqdır.
Qeyd edək ki, 23.05.2025-ci il tarixində yerləşdirmə başlanılacaq.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"Kapital Bank" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2016005152
İstiqrazların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı
300,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
30,000,000 manat
İllik gəlirlilik faizi
11%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir