Digər xəbərlər


Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb
30.04.2025

2019-cu ildən etibarən ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına dəstək olan Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabatlarını təqdim edib. “Cəmiyyət”,  “Ətraf mühit” və “Heyvanların mühafizəsi” istiqamətlərində fəaliyyət göstərən fond donorlar tərəfindən maliyyələşir. Ötən 3 ay ərzində fonda 2753 donor tərəfindən 54737 manat ianə edilib. Toplanan vəsaitlər hesabına bir çox vacib və marqlı layihə həyata keçirilib.

Fon cari ilin ilk rübündə sosial həssas qrupdan olan 25 ailəyə himayə yardımları göstərib. Xalqımızın yardımlaşma ənənəsini davam etdirmək məqsədi ilə “Novruz payı” və “Ramazan payı” aksiyaları baş tutub. Aksiya çərçivəsində redhearts.az vebsaytı və Birbank mobil tətbiqi vasitəsilə 986 donordan 9673 manat ianə toplanıb. Kampaniya çərçivəsində 39 bölgədən olan 485 ailəyə 70 manat dəyərində bayram sovqatı çatdırılıb. Eyni zamanda Xaçmaz rayonunda 7 dəfə iftar süfrəsi təşkil olunub.

Artıq üçüncüsü reallaşan “Qırmızı Ürəklər təhsil təqaüdü proqramı” ötən dövrdə də həyata keçirilib. Proqrama müraciət edən 306 nəfərdən 69 nəfəri ikinci mərhələyə keçsə də qalib olmaq şansını 23 nəfər əldə edib. Yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan, sosial baxımdan həssas əhali qrupuna aid həmin tələbələrə tədris ilinin sonundadək aylıq 200 AZN təqaüd təqdim ediləcək.

Fondun inklüziv cəmiyyət naminə başlatdığı “Bütün vücudlar danışır” layihəsi cari ildə də davam edir. Layihənin məqsədi əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, inklüziv mühitin formalaşdırılmasıdır. Layihəyə 414 nəfər sağlamlıq imkanları məhdud olan uşaq, qazi, eləcə də ahıl və əlilliyi olmayan şəxslər cəlb edilib. Cəmiyyətin müxtəlif fərdlərini əhatə edən layihədə rəqs təlimləri təşkil olunur.

Ətraf mühitin qorunması istiqamətində fondun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi  “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə bu il Kapital Bank-da qoşulub. Əməkdaşlıq nəticəsində bankın baş ofisi və filiallarında 149 zərərli tullantı qutusu yerləşdirilib. Bundan əlavə 21 məntəqədən 319 kiloqram batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi”nə təhvil verilib.

Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu ötən il ekologiyanın qorunması istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb. Həmçinin fond Azərbaycanda ilk dəfə olaraq Korporativ Könüllülük Konsepsiyasını qəbul edib. Konsepsiyanın məqsədi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin sosial fəaliyyətlərdə fəal iştirakını təmin etmək və ölkənin bütün regionlarına könüllülər vasitəsilə əlçatanlığı təmin etməkdir. Bu konsepsiya əsasında Kapital Bank-da çalışan 244 əməkdaş fondun könüllüsü olub.

Fond həmçinin ianəçilik mədəniyyətinin əhatə dairəsini genişləndirmək məqsədi ilə  “m10” mobil tətbiqində də yer alır. Bununla da vətəndaşlar birbaşa və asan şəkildə fonda ianələr edə bilərlər.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment