Banklar


Bank BTB-də yeni rəqəmsal imkan!
30.04.2025

Bank “BTB”, müştərilərin bank əməliyyatlarını daha rahat və operativ həyata keçirə bilmələri üçün rəqəmsal imkanlarını gündən-günə genişləndirməkdədir. Artıq Bank “BTB”-nin bütün filiallarında müştərilər fiziki şəxsiyyət vəsiqəsi təqdim etmədən, "mygov" platforması vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqələrindən istifadə edərək bank xidmətlərindən yararlana biləcəklər.

Bu yenilik müştərilər üçün vaxta qənaət və əlavə rahatlıq baxımından yeni bir imkan kimi qiymətləndirilir. Bunun üçün sadəcə "mygov" platformasında şəxsiyyət vəsiqəsinə aid 8 simvoldan ibarət unikal kodu bank əməkdaşına təqdim etmək kifayətdir.

Onu da nəzərə çatdıraq ki, Bank “BTB” bu xidməti  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində istifadəyə verib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, şəxsiyyət vəsiqəsi məlumatlarının “mygov”  platforması üzərindən təqdim edilməsi fiziki sənədin təqdim edilməsi ilə eyni hüquqi qüvvəyə malikdir.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az  rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb  və www.instagram.com/bankbtb/ ünvanlarında olan sosial səhifələrindən ətraflı məlumat almaq mümkündür.

Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment