Banklar


Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı yekunlaşdı
29.04.2025

Ötən gün məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün həyata keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib. 2020 ci ildən həyata keçirilən çempionat Kapital Bank-ın dəstəyi, Elm vəTəhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil Oyunları Platforması” layihəsi çərçivəsində təşkil edilib. 

İki mərhələdən ibarət olan çempionatın ilk seçim turu onlayn formatda baş tutub. Final mərhələdə isə Bakı, Gəncə, Goranboy, Quba, Cəbrayıl, Samux, Şəmkir, Hacıqabul, Zəngilan, Ağdam, Sumqayıt, Kəlbəcər, Gədəbəy, Xaçmaz, Biləsuvar, Saatlı, Xocavənd və Zərdab müəllimləri və inzibati işçilərindən ibarət 32 komanda yarışıb. 

4 turdan ibarət olan final mərhələsində iştirakçılara ümumilikdə 40 sual təqdim edilib. İlk 20 sualda topladıqları ballara əsasən komandalar böyük və kiçik olmaqla 2 kubok uğrunda mübarizə aparıblar. 

Kiçik kubok uğrunda mübarizədə paytaxtı təmsil edən “Sirius”komandası3-cü, Şəmkir rayonunun“Bayraktar”komandası 2-ci,Gəncə şəhərinin “Kayzen” komandası isə 1-ci yerə layiq görülüb.

Böyük kubok oyununun nəticələrinə əsasən Hacıqabul rayonun təhsil işçilərindən ibarət “Xudmani” komandası 3-cü yerdə qərarlaşıb.Beyləqan, Xocavənd, Füzuli rayonların təmsil edən “Mil” komandası 2-ci yerə layiq görülüb. 1-ciliyi qazanan Goranboy rayonunun “The Masters” komandası isə kubokun sahibi olub. 

Qeyd edək ki, təhsilə dəstək Kapital Bank-ın korporativ sosial məsuliyyət startegiyasının əsas istiqamətlərindən birini təşkil edir və hər il onlarla ölkə əhəmiyyətli layihə bankın dəstəyi ilə həyata keçirilir. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment