Digər xəbərlər


“ASAN xidmət” “CryptoA2Z” təlim proqramını reallaşdırıb
28.04.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” “CryptoA2Z” təlim proqramını reallaşdırıb.

“Blokçeyn Təlim Mərkəzi”ndə baş tutan proqram İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və dünyanın aparıcı kriptovalyuta tədris platformalarından olan “Binance Academy” ilə birgə təşkil olunub.

Əsas məqsəd ölkəmizdə sözügedən istiqamətdə ictimai maarifləndirməni artırmaq, rəqəmsal maliyyə alətlərinin praktiki əhəmiyyətini nümayiş etdirmək olub. Eləcə də bu sahədə yerli və beynəlxalq əməkdaşlıq perspektivlərini gücləndirmək əsas hədəflərdən biri seçilib.

3 gün ərzində 160-dan çox iştirakçıya kriptovalyuta və blokçeyn texnologiyalarına dair təlimlər keçirilib.

İştirakçılara kriptovalyutanın yaranma tarixi, əsas anlayışlar, blokçeyn texnologiyasının işləmə prinsipləri və kripto təhlükəsizliyi barədə məlumat verilib. Onlar praktiki olaraq kripto hesabların yaradılması və istifadəsi ilə tanış olub, kriptonun real tətbiq sahələri və iqtisadi imkanları üzərində işləyiblər. Həmçinin bu sahədə karyera və innovativ startap imkanları da müzakirə edilib.

Təlimlər interaktiv şəkildə aparılıb, kripto hesablar və tranzaksiyalar barədə məlumat verilib, müsabiqə və sual-cavab sessiyaları keçirilib.

Sonda aktiv iştirakçılar “Binance” şirkəti tərəfindən rəsmi sertifikat, xüsusi hədiyyə və platformada depozit imkanları ilə təltif olunublar.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment