Banklar


Kapital Bank istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir
25.04.2025

Rəqəmsal texnologiyaların həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə kiberdələduzluq da paralel olaraq sürətlə artır. Kapital Bank kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq həyata keçirdiyi monitorinqlərə əsaslanaraq istifadəçiləri diqqətli olmağa çağırır. Belə ki, son araşdırmalar zamanı Birbank mobil tətbiqinin istifadə olunduğu 12 000-dən çox virusa yoluxmuş cihaz müəyyən edilib və qabaqlayıcı tədbirlər nəticəsində onların hamısı potensial risklərdən azad edilib.

Qeyd edək ki, bank yalnız hadisələrə reaksiya verməklə kifayətlənmir, eyni zamanda kiber dələduzluğun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər tətbiq edir. Belə ki, Kapital Bank-ın təhlükəsizlik infrastrukturunun əsasını süni intellekt əsaslı texnologiyalar təşkil edir. Bu sistemlər vasitəsilə bank əməliyyatları 24/7 rejimində izlənilir, şübhəli fəaliyyətlər müəyyən edildikdə dərhal müdaxilələr həyata keçirilir. 

Bütün bunlara baxmayaraq kiberdələduzluqla mübarizədə banklar və müştərilər birlikdə addımlamalıdırlar. Lisenziyasız, yəni pirat proqram təminatlarından istifadə ciddi təhlükəsizlik riskləri yaradır. Bu cür proqramlar vasitəsilə çox zaman cihazlara “backdoor” adlanan gizli və zərərli kodlar əlavə oluna bilər. Bu “backdoor”lar kiber cinayətkarlara istifadəçinin cihazına gizli şəkildə daxil olmaq imkanı verir. Nəticədə şəxsi məlumatların üçüncü şəxslərin əlinə keçməsi real təhlükəyə çevrilir. Xüsusilə “Android” istifadəçiləri üçün “Play Store”dən kənar yüklənən tətbiqlər, o cümlədən modifikasiya olunmuş “WhatsApp Plus”, “Instagram Plus” və müxtəlif oyun proqramlarının “APK” faylları ciddi təhlükə yaradır. Həmçinin, bank kartları ilə onlayn alış-veriş edərkən ictimai Wi-Fi şəbəkələrindən istifadə etmək tövsiyə edilmir. 

Bu səbəbdən  Kapital Bank olaraq bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını: kartın üzərindəki CVV/CVC kodu, sms vasitəsilə göndərilən 4 rəqəmli OTP kodu, kartın PIN kodunu, şəxsiyyət vəsiqəsinin FİN nömrəsini üçüncü şəxslərə verməməyi, banklar adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik.  

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün— https://kbl.az/prcrc.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment