Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının həkimləri və ölkənin aparıcı anestezioloq-reanimatoloqları könüllü orqan donoru olmağa hazırdır!
17.03.2025

Mərkəzi Gömrük Hospitalının həkimləri və ölkənin aparıcı anestezioloq-reanimatoloqları könüllü orqan donoru olmağa hazırdır! Ekspertlərin zirvə görüşündən gözlənilməz nəticə

Martın 14-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı, B. Braun şirkətinin dəstəyi ilə “Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzusunda respublikanın aparıcı ekspertlərinin görüşü keçirilib.

Tədbiri açıq elan edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov Mərkəzi Gömrük Hospitalının böyrək və qaraciyər transplantasiyası əməliyyatlarının sayına görə Azərbaycanda lider olduğunu vurğulayıb. O, həmçinin bu sahədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə uğurlu əməkdaşlıq barədə ətraflı məlumat verib. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə 2025-ci ildə Mərkəzi Gömrük Hospitalında meyitdən alınmış (kadavr) qaraciyərin uğurla transplantasiya olunduğunu bildirib. Bu tarixi hadisə Azərbaycanın səhiyyə sahəsində növbəti böyük nailiyyət hesab olunur.

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu, t.ü.f.d. Mircəlal Kazımi çıxışında qaraciyər transplantasiyasında anesteziya, əməliyyatdan sonrakı reanimasiya və bərpa proseslərinin əhəmiyyətindən danışıb.

Tədbirin moderatorları – Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədri, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektor müavini, t.ü.f.d. Zəhra Vəzirova və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova bu ekspert görüşünün aktuallığını vurğulayaraq, Mərkəzi Gömrük Hospitalının qazandığı unikal təcrübənin ölkənin digər klinikalarında tətbiq olunmasının vacibliyini qeyd ediblər.

Tədbirdə Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqları – Rəşad Nəsirli “Qaraciyər transplantasiyasında anesteziyanın xüsusiyyətləri”,  Xəyal Məmmədov “Qaraciyər transplantasiyasında əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin əməkdaşı Mədinə Quliyeva “Orqan nəqli”  mövzularında təqdimatlarla çıxış ediblər.

Ekspert müzakirələrində Mərkəzi Gömrük Hospitalının rəisi, t.ü.f.d. Bəxtiyar Musayev, Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, ATU-nun II Müalicə-Profilaktika fakültəsinin dekanı, t.ü.f.d., dosent İsrail Məhərrəmbəyli, Mərkəzi Klinik Xəstəxanasının Anesteziologiya-Reanimatologiya şöbəsinin müdiri, t.ü.f.d. Vüqar Abdulkərimov, Kliniki Tibbi Mərkəzin Cərrahi Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanova və digər mütəxəssislər müzakirə olunan mövzular barədə öz fikirlərini bölüşüblər.


Tədbirin yekununda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Azərbaycanda transplantasiyanın inkişafı üçün könüllü donorluq bazasının genişləndirilməsinin vacibliyini vurğulayıb. Tədbir iştirakçıları – ölkənin aparıcı anestezioloq-reanimatoloqları könüllü orqan donoru olmaq üçün razılıq ərizə formalarını imzalayıb, tibb ictimaiyyətini bu təşəbbüsü dəstəkləməyə və təbliğ etməyə çağırıblar.


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment