Fond birjası


Asiya İnkişaf Bankının araşdırma missiyasının nümayəndələri ilə görüş keçirilmişdir
14.03.2025

13 mart 2025-ci il tarixində Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal xanım və AİB-in araşdırma missiyasının nümayəndəliyinin iştirakı ilə yerli kapital bazarının inkişafına həsr olunmuş görüş keçirilib. Görüşdə Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov, BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov, BFB-nin İdarə Heyətinin sədr müavini, Baş kommersiya inzibatçısı Oqtay Qasımov, həmçinin Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) icraçı direktoru Murad Yəhyayev də iştirak etmişdirlər.

Görüş çərçivəsində BFB-nin Müşahidə Şurasının sədri Fərid Axundov son illərdə kapital bazarının inkişafı üçün həyata keçirilən islahatlar, görülmüş işlər və gələcək planlar haqqında ətraflı məlumat verib. O, xüsusilə bazar infrastrukturunun modernləşdirilməsi, yeni maliyyə alətlərinin tətbiqi və yerli investorların bazara cəlb olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi.

BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov isə kapital bazarının likvidliyinin artırılması və ticarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində atılan addımları vurğulayıb. O, investisiya cəlbediciliyinin artırılması üçün beynəlxalq təcrübənin tətbiqinin və xarici investorlarla əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etdi.

Daha sonra AFBİA-nın icraçı direktoru Murad Yəhyayev kapital bazarında maliyyə savadlılığının artırılmasının əhəmiyyətindən bəhs edərək, bu istiqamətdə Assosiasiya tərəfindən həyata keçirilən təşəbbüslər barədə ətraflı məlumat verdi. O, beynəlxalq təcrübəyə əsaslanan təlim proqramlarının, investor maarifləndirilməsinin və müxtəlif seminarların təşkilinin bazarın inkişafına müsbət təsir göstərəcəyini bildirdi.

Asiya İnkişaf Bankının ölkə direktoru Sunniya Durrani-Jamal isə AİB-in Azərbaycanla əməkdaşlığı çərçivəsində kapital bazarının inkişafına dəstək göstərməyə hazır olduqlarını və gələcəkdə yerli bazarın qlobal maliyyə sisteminə inteqrasiyasına töhfə vermək məqsədilə birgə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd etdi.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment