Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin yüksəkixtisaslı dermatoveneroloqu Sevinc Kərimova
14.03.2025

Dr.Sevinc Kərimova “Seboreya dermatitin yaranma səbəbləri” mövzusunda canlı yayımda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin yüksəkixtisaslı dermatoveneroloqu Sevinc Kərimova 18 mart 2025-ci il tarixində saat 15.00-da canlı yayımda “Seboreya dermatitin yaranma səbəbləri” mövzusunda canlı yayımda çıxış edəcək. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq.

 (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən də ünvanlaya bilərsiniz!

Bütün növ dəri xəstəliklərini müalicə edən, estetik Dəri xəstəliklərinin müalicəsi ilə məşğul olan Dr. Sevinc Kərimova Mərkəzi Gömrük Hospitalında allergik dermatit və dermatozlar, ekzema, psoriaz, demodekoz, müxtəlif etiologiyalı dəmrovlar, ocaqlı alopesiyalar, döyənəklər, dərinin, dırnağın və saçların göbələk xəstəlikləri, zöhrəvi xəstəliklər - xlamidioz, mikoplazma, ureaplazmoz, qonoreya, trixomoniaz, herpes və digər zöhrəvi xəstəliklərin müasir üsullarla diaqnostikası və müalicəsini həyata keçirir. Həmçinin, viruslu ziyillər, ət xalları adlandırdığımız papilloma, epitelioma, bazalioma və s. dəri törəmələrinin kriodestruksiya üsulu ilə ağrısız, fəsadsız götürülməsi prosedurları icra edir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/sevinc-kerimova.

Dr. Sevinc Kərimova 1992-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 1992-1993-cü illərdə Mərkəzi Hövzə xəstəxanasında terapiya ixtisası üzrə internatura keçmişdir. O, 1996-2009-cu illərdə dövlət tibb müəssisəsində həkim-dermatoveneroloq kimi çalışıb. Dr.Sevinc Kərimova 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim-dermatoveneroloq kimi fəaliyyət göstərir. Dr. Sevinc Kərimova öz üzərində çalışan, dünya alimlərinin tibb sahəsində qazandığı nailiyyətlərdən öz təcrübəsində yararlanan həkimdir. Müxtəlif illərdə ölkəmizdə və xaricdə keçirilən konfrans, konqres və seminarlarda iştirak edərək ixtisasını artırmışdır.

O, 2009-cu ildə Avstriyanın Zalzburq şəhərində "Dəri-zöhrəvi xəstəliklərin müasir diaqnostika və müalicəsi" kursu keçmiş, 2013-cü ildə Şotlandiyanın Edinburq şəhərində "Dəri xəstəliklərində müasir patomorfoloji tədqiqatlar" üzrə seminarda, 2014-cü ildə İtaliyanın Florensiya şəhərində “Dermatologiya və kosmetologiyada lazer aparatlarının tətbiqi” kursunda, 2017-ci ildə Avstriyanın Vyana şəhərində "Molekulyar diaqnostika" kursu keçmişdir. O, 24-29 aprel 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən İDEA 2019 – Beynəlxalq Dermatopatoloji Estetik Akademiyasının konqresində iştirak etmişdir. 

Dr.Sevinc Kərimova Türk Dermotoloji dərnəyinin, Avropa Asiya Dermotoloqlar cəmiyyətinin və Rusiya Dermotoloji dərnəyinin üzvüdür. Dr. Sevinc Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment