Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı tibb personalı yeni müalicə metodları ilə fizioterapevtik prosedurları təqdim edir
14.03.2025

Mərkəzi Gömrük Hospitalının ən müasir avadanlıqlarla təchiz edilmiş Fizioterapiya şöbəsində yüksəkixtisaslı tibb personalı yeni müalicə metodları ilə fizioterapevtik prosedurları təqdim edir. Şöbədə sinir sistemi, Parkinson xəstəliyi, üz iflicinin, beyin və onurğa beyni zədələrinin, bel, boyun, çiyin nahiyəsində ağrılar, yırtıq, insult, skolioz, uşaqlarda lordoz, bütün növ əzələ xəstəliklərinin, sümük xəstəliklərinin, nevroloji, yaşa bağlı ortopedik xəstəliklərin müalicəsi uğurla həyata keçirilir.

Ölkəmizdə və dünyanın bir sıra aparıcı ölkələrində tibbi təhsil almış, fizioterapiya və reabilitasiya ixtisası üzrə rezidentura təhsili almış və sertifikatlaşdırılmış  yüksəkixtisaslı həkimləri və tibb personalı tərəfindən ultrasəs, kombinə elektroterapiyası, elektroforez, endopress, elektrostimulyasiya, qısa dalğa, lazer, traksiya, maqnitoterapiya, tibbi masaj, limfodrenaj və zərbə dalğa terapiyası kimi prosedurlar icra edilir.

Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində 2024-cü ilin sentyabr ayından etibarən PREMIUM seriyalı yeni BTL-4825 SL cihazları pasiyentlərin istifadəsinə verilib. PREMIUM seriyalı 2 ədəd BTL-4825 SL cihazları ideal parametrlərə malik olub, çox perspektivli, innovativ kombinə edilmiş fizioterapiya sistemləridir. Bu cihazlar cərəyanların geniş spektri ilə iki kanallı elektroterapiyanı, ultrasəs və lazer terapiyasını təmin edir.

 Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Dr. Səidə Kərimova və fizioterapevt-reabilitoloq Afət Çəndirli xəstəliklərə uyğun olaraq müalicə prosedurlarını təyin edirlər. Şöbənin peşəkar tibb personalı hər bir xəstəyə fərdi yanaşır. Onların məqsədi müalicədən sonra xəstəliyin növündən və dərəcəsindən asılı olaraq istənilən nəticəni əldə etməkdir.

 Müasir dünyada ən çox yayılan xəstəliklərdən biri də onurğa sütununun əyilməsi ilə əlaqədar olan skolioz xəstəliyidir. Bu xəstəlik həm erkən yaşlarda, həm də oturaq həyat tərzi keçirən gənc və yaşlı insanlarda dayaq hərəkət sistemində, onurğa sütununda problemlər yaradır. Fizioterapiya şöbəsində skoliozun dərəcəsi imkan verirsə, mümkün qədər əməliyyatsız müalicə edilir. Əsas müalicə üsulu Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə geniş istifadə olunan alman mütəxəssisi Katarina Schroth tərəfindən hazırlanmış Schroth üsulu ilə müalicədir. Bu müalicə metodunda 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edilir.

Müalicədən əvvəl həkimlər hərtərəfli müayinələr aparır, müasir diaqnostik avadanlıqların köməyi ilə pasiyentin xəstəliyinin düzgün diaqnozu və qiymətləndirilməsi qısa bir müddətdə həyata keçirilir. Müalicə prosedurları pasiyentləri ağrılardan xilas etməklə yanaşı, ağrıya səbəb olan amilləri də aradan qaldırır. Cərrahi müdaxilə tələb edən xəstəliklərdə ağrıkəsicilərə ehtiyac azalır, hərəkətlilik artır, terapevtik yaxşılaşma müşahidə olunur, hərəkət pozğunluqları, əzələ və sümük zəifliyi, insult sonrası pozğunluqlar və beyin zədələri fiziki müalicə ilə aradan qaldırılır.

Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində aparılan müalicələr klinik protokollara uyğun kompleks şəkildə, müasir fizioterapiyanın ən yeni metodları vasitəsi ilə həyata keçirilir.


FİZİOTERAPİYADA MƏQSƏDİMİZ

Xəstələrin patologiyasına əsaslanaraq fiziki potensiallarını aşkara çıxarmaq, inkişaf etdirmək, normallaşdırmada vasitəçi olmaq və maksimum dərəcədə fərdilik qazandıraraq sosial həyata geri qaytarmaqdır.  


MÜALİCƏVİ TƏSİRİ

Limfodrenaj

Sedativ (sakitləşdirici)

Qan dövranı normallaşdıran

İltihab əleyhinə təsir

Sinir-əzələ stimullaşdırıcı

Ağrıkəsici


MÜALİCƏVİ METODLAR

Elektroterapiya

Ultrasəs

Kombinə elektroterapiya

Endopress, CPM

Elektrostimulyasiya

Qısa dalğa

Lazer

Akapunktur lazer diaqnostikası

Traksiya (mexaniki dartma)

Hot pack, Cold pack

Maqnitoterapiya

Balneoterapiya

Hidromasaj

Tİbbi masaj

Manual terapiya

Detoksifikasiya

Biopunktura

Biorezonans

Reabilitasiya


Mərkəzi Gömrük Hospitalının 

PR mütəxəssisi  Dilarə Zamanova


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment