Banklar


Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
04.03.2025

Ekoloji layihələrə daim dəstək verən Birbank, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl Gələcək” layihəsi çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub. Aksiya zamanı Birbank əməkdaşları və müştərilərinin birgə iştirakı ilə 2800-dən çox ağac əkilib. Müşfiqabad qəsəbəsində keçirilən aksiya çərçivəsində ərazinin iqlim şəraitinə uyğun olaraq Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, aksiya ötən il“Yaşıl dünya naminə həmrəylik” ili münasibətilə həyata keçirilən kampaniyanın davamı olaraq baş tutub. Kampaniyanın şərtlərinə əsasən 2024-cü ilin oktyabr və noyabr aylarında Birbank-da depozit faizlərini müddətin sonunda almaq şərti ilə ən azı 500 manat olmaqla 6, 12 və 18 aylıq müddətdə Rəqəmsal depozit yerləşdirən müştərilərin adına bank tərəfindən 1 ağac əkilib. Əkilən ağaclara görə müştərilərə xüsusi sertifikat təqdim edilib. Bununla da müştərilər rəqəmsal bankçılığın üstünlüklərindən faydalanmaqla yanaşı daha yaşıl dünya üçün töhfə vermiş olublar. 

Layihənin əsas məqsədi ekoloji tarazlığın qorunmasına dəstək olmaq, ictimaiyyəti, xüsusən də gəncləri ətraf mühitin mühafizəsinə təşviq etmək və yaşıl gələcək üçün birgə fəaliyyətə səsləməkdir. Xatırladaq ki, Birbank Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində davamlı olaraq ətraf mühitin qorunması ilə bağlı layihələrə dəstək olur. 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment