24-26 noyabr 2023-cü il tarixlərində Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda 12-ci Milli Kardiologiya konqresi keçirilib. Mərkəzi Gömrük Hospitalının kardioloqu Dr.Günay Hətəmova konqresdə “Major talassemiyada kardiomiyopatiya” mövzüsunda klinik hal müsabiqəsində çıxış etmişdir.
Konqresin birinci günündə yerli və xarici ölkələrdən dəvət olunmuş həkimlər Kardiak MR kursu tədris ediblər. Konqresin ikinci və üçüngü günü davam edən konqresdə Azərbaycandan və xarici ölkələrdən yüksəkixtisaslı mütəxəssislər məruzə və təqdimatlarla çıxış ediblər. Bu konqresdə yenilik olaraq debat şəklində sessiyalar təşkil edilib, Avropa Ürək Jurnalının nümayəndəsi ilə birgə keçirilən sessiya tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.