1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN xidmət” İnsan Resursları və İdarəetmə Forumu təşkil edib
05.06.2023

3 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) təşkilatçılığı ilə İnsan Resursları və İdarəetmə Forumu keçirilib. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və peşəkar idarəçilik yoluna həsr olunmuş tədbir Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş sponsorluğu ilə reallaşdırılıb.

Forumun əsas məqsədi ən son inkişaf və yeniliklərə diqqət yetirmək, innovativ, işgüzar və səmərəli təcrübələri paylaşmaq, eləcə də peşəkar mühitdə ümumi mövzuları müzakirə etməkdir.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və videoçarx nümayiş etdirilib. ASAN İnnovativ İnkişaf Mərkəzinin təqdimatından sonra tədbirin açılış sessiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış ediblər.

ASAN İnnovativ İnkişaf Mərkəzi ilə “Pozitum Konsultasiya, Təlim və Kouçinq Mərkəzi” arasında birgə təlimlərin keçirilməsinə dair əməkdaşlıq Memorandumu imzalanıb.

Forumda 10 xarici, 6 yerli idarəçi ekspertin iştirakı ilə  “Liderlik vizyonu, innovativ inkişaf və strategiyanın icra edilməsi”, “Kouçvari yeni nəsil idarəetmə, loyallıq və motivasiya” və “DATA mərkəzli rəqəmsal İR idarəetməsi, OKR” mövzularında panel müzakirələr təşkil olunub. Müzakirələrdə idarəetmənin ən son trendlərindən, müasir dövrün tələblərindən və inkişaf yönümlərindən danışılıb, innovativ yanaşmalara və qlobal səriştələrə çağırışlar edilib.

Bütün iştirakçılara AİİM-in və  Boğaziçi Universitetinin İnnovasiyalar Mərkəzinin birgə sertifikatı verilib.

Ümumilikdə Forumda 300-dən çox müxtəlif dövlət və özəl müəssisəsində çalışan işgüzar şəxslər, insan resursları üzrə peşəkarlar, mütəxəssislər və idarəçilərdən ibarət 500-ə yaxın şəxs iştirak edib.

Strateji partnyor: “Azərbaycan Hava Yolları” QSC

Sponsorlar: “Nurus”, “Hanspaces”, “Insight House” MMC, “Özsüt” restoranlar şəbəkəsi, “Baker Tilly”, “Evrika liseyi”, “OBA” marketlər şəbəkəsi, “Başkənt” restoran və şirniyyat evi

Tərəfdaşlar: “ASAN Könüllüləri” Təşkilatı, “Admedia” reklam agentliyi, “Absheron Hotel Group”, “CreaTime”, “Arter”

Netvörkinq tərəfdaşı:  “Caspian Energy Club”

Dəstəkçi: Sirab

Media tərəfdaşı: ASAN radio, Bəyli Media

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment